İlk Avropa Oyunlarının mükafatçısı Naxçıvanda böyük coşqu ilə qarşılanıb
Tarix: 07.07.2015 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunları, eyni zamanda, Naxçıvan Muxtar Respublikası üçün də yaddaqalan oldu. Belə ki, bu mötəbər idman tədbirində çıxış edən boksçu Tayfur Əliyev bürünc medal qazanmaqla, adını tarixə yazdırdı. Tayfur Əliyev Naxçıvana qayıdıb. Avropa Oyunlarının bürünc mükafatçısı Naxçıvan Beynəlxalq Hava Limanında idman ictimaiyyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri və azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Sonra Tayfur Əliyev Naxçıvan Üzgüçülük Mərkəzində kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb. Mətbuat konfransından öncə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov boksçunu qazandığı böyük nailiyyətə görə təbrik edib və bu uğuru son illər muxtar respublikada idmana göstərilən qayğının nəticəsi kimi dəyərləndirib. Gənclər və idman naziri “Bakı-2015” ilk Avropa Oyunlarında bürünc medal qazanmış boksçuya hədiyyə təqdim edib. Media nümayəndələrinin suallarını cavablandıran Tayfur Əliyev əvvəlcə Avropa Oyunları zamanı ona dəstək olan hər kəsə minnətdarlığını bildirib: “Öncə onu qeyd edim ki, birinci Avropa Oyunlarında çıxış etdiyim üçün çox qürurluyam. Çünki bu yarış tarixdə ilk dəfə keçirilir. İllər ötəcək, amma ilk Avropa Oyunları yadda qalacaq. Özümü şanslı sayıram. Çünki Avropada az sayda idmançı mən yaşadığım hissləri keçirdi. Döyüşlərimə gəldikdə isə çıxışımdan çox da razı qalmadım. Mənim üçün Avropa Oyunlarında qazandığım təcrübə daha önəmlidir. İlk dəfə idi ki, böyüklər arasında, özü də belə mötəbər yarışda iştirak edirdim. Həyəcanım çox idi. Bundan sonrakı yarışlarda – dünya çempionatı və Olimpiya Oyunlarında daha yaxşı döyüşəcəyəm. İstər yarış həyəcanı, istərsə də döyüş taktikası baxımından burada qazandığım təcrübə mənə kömək edəcək”. Qeyd edək ki, Tayfur Əliyev “Bakı-2015” Avropa Oyunlarında boks yığmamızın heyətində 56 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, 1/8 final mərhələsində Rumıniya boksçusu Nikolae Andreiananı, 1/4 finalda isə Danimarka idmançısı Frederik Yanseni məğlub etsə də, yarımfinalda Rusiya təmsilçisi Baxtovar Nazirova məğlub olaraq bürünc mükafat qazanıb.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
17.10.2019
Naxçıvanda muzey quruculuğu
17.10.2019
“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info