Yaxınlarının telefon nömrəsini xatırlamamaq-“huşsuzluq”
Tarix: 08.07.2015 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


“Kasperski laboratoriyası” şirkəti ABŞ və bir sıra Avropa ölkələrində sorğu keçirərək “rəqəmli amneziya” ilə bağlı maraqlı faktlar aşkar edib.
Bildirilir ki, insanlar telefon və smartfonlardan nə qədər çox istifadə edirsə, bir o qədər digər insanların, o cümlədən ev telefonlarının nömrələrini az xatırlayır.
Belə ki, rəyi soruşulanların 49 faizi öz həyat yoldaşının mobil telefon nömrəsini, 57 faiz iş nömrəsini xatırlamayıb, 87 faiz uşaqlarının təhsil aldığı məktəbin nömrəsini deməkdə çətinlik çəkib. Bundan başqa, 87 faiz uşaqlarının mobil nömrəsini bilmədiyini etiraf edib.
Şirkət mütəxəssisləri bunun səbəbini izah edərək qeyd edirlər ki, belə “huşsuzluq” insanların vacib informasiyanı xatırlamasını rəqəmli qurğulara tapşırması nəticəsində əmələ gəlir ki, bundan sonra onlar nömrələri yadda saxlamağa çalışmırlar. İnsanlar belə informasiyalardan birini bəzən xatırlasalar da, uzun müddət istifadə edilmədiyi halda onu unudurlar, çünki onlar bu informasiyanın telefonda saxlanılmasından arxayındırlar.
Bu fikirlər sorğunun daha bir rəqəmi ilə öz təsdiqini tapır: amerikalıların 91 faizi rəqəmli qurğuları yaddasaxlama üçün alət adlandırıb.
Rəyi soruşulan amerikalıların 51 faizi və avropalıların 40 faizi etiraf edib ki, rəqəmli qurğuda saxlanılan informasiyanın itirilməsi onlarda ciddi narahatlığa səbəb olur. Qadınların 25 faizi və gənclərin 34 faizi qurğunun itirilməsinin onlarda təşvişə səbəb olmasını bildirib və buna səbəb kimi orada kontaktların, bildirişlərin və fotoşəkillərin saxlanılmasını göstərib.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.11.2018
“Instagram“ tənhalıq və depressiyaya səbəb olur?
11.11.2018
Düşənbədə “Oşi palav” festivalında 10 ton plov bişirilib
03.11.2018
“Airbus” Aya səyahət üçün modul elektrik stansiyası hazırlayıb
03.11.2018
Yaponiyanın “Euglena” startap şirkəti yosunlardan bioyanacaq istehsal edəcək
03.11.2018
Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info