Geni dəyişdirilmiş bitkilərin gətirilməsi qadağan ediləcək
Tarix: 30.01.2013 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Geni dəyişdirilmiş bitkilərin genetik ehtiyatlarının Azərbaycana gətirilməsi qadağan olunacaq. Gələcəkdə, ümumiyyətlə, geni dəyişdirilmiş bitkilərin özünün Azərbaycana daxil olmasının qadağan ediləcəyi gözlənilir.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov deyib. O bildirib ki, birinci məsələ ilə bağlı Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında bir neçə qanunla yanaşı, İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər olacaq. R.Cəbrayılov qeyd edib ki, burada söhbət mədəni bitkilərin, eyni zamanda Azərbaycana xas olan bitkilərin genetik ehtiyatlarının mühafizəsinin pozulmasının qarşısının alınmasından gedir. R.Cəbrayılovun sözlərinə görə, dəyişikliklərdə əsas məqam genetik modifikasiya olunmuş (geni dəyişdirilmiş) bitkilərin genetik ehtiyatlarının Azərbaycana gətirilməsinin qadağan olunmasıdır: “Bu, əslində 2011-ci il dekabrın 13-də Azərbaycanda qadağan olunub. Lakin o vaxtdan indiyə qədər bu qadağaların İnzibati Xətalar Məcəlləsində tənzimlənməsi forması müəyyən səbəblərdən gecikib. İndi isə İnzibati Xətalar Məcəlləsinin yenə 120-ci maddəsinə daxil olan bəndlərdən biri bununla bağlıdır. Burada fiziki şəxslər üçün 200 manatdan 300 manata qədər cərimə, vəzifəli şəxslər üçün 500 manatdan 600 manata qədər, hüquqi şəxslər üçün isə 500 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub”.




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
18.01.2020
Ən təhlükəli qan qrupu
17.01.2020
Yuxusuzluq şəkər və xərçəng xəstəliyi yaradır
17.01.2020
Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliyə yoluxa bilərsiniz
17.01.2020
Koronavirusun Azərbaycanda yayılma ehtimalı varmı?

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info