1045 nəfər itkinlərin siyahısından çıxarılıb
Tarix: 30.01.2013 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ATƏT-in, Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Dövlət Komissiyasının sədri Eldar Mahmudov açıb.
Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin Dövlət Komissiyasının yaradılmasının 20 illiyi münasibətilə təbrik məktubunu oxuyub.
Sədr Eldar Mahmudov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və onun İşçi qrupuna göstərilən yüksək etimada və təbrikə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət Komissiyasının sədri deyib ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də öz həllini tapmayıb. Bu səbəbdən qurbanların sayı artır. Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ildə yaradılıb. Ən ağır bir dövrdə, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, müharibə qurbanlarına münasibətdə də özünü göstərdi. Bu iş sonralar da daim dövlətin diqqət mərkəzində oldu. Fəaliyyətə başladığı ilk günlərdən Komissiya Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində işləyib. Bu səmərəli əməkdaşlıq indi də davam edir. E.Mahmudov deyib ki, 2004-cü ildə Prezident İ.Əliyevin sərəncamı ilə Dövlət Komissiyasının tərkibi yeniləndikdən sonra dövlət başçısının diqqət və qayğısı sayəsində əsir-girov və itkinlər probleminə yeni yanaşma baş verib. Qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasəti barədə hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması işi daha da gücləndirilib, ardıcıl xarakter və geniş miqyas alıb. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu bildirən Eldar Mahmudov status-kvo dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını diqqətə çatdırıb. Sədr dövlətimizin başçısı tərəfindən Dövlət Komissiyanın qarşısına qoyulmuş vəzifələrin icrası və müəyyən edilmiş strateji məqamların həlli üçün bundan sonra da intensiv çalışacaqlarını bildirib.
Dövlət Komissiyasının katibi Şahin Sayılov qeyd edib ki, Dövlət Komissiyası yaradıldıqdan sonra öz işini bütövlükdə müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun surətdə planlaşdırır və həyata keçirirdi. Erməni tərəfi isə həmin beynəlxalq sənədlərə məhəl qoymur və soyqırımı, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətini genişləndirirdi. Müharibə ilə əlaqəsi olmayan dinc adamların girovluqda işgəncələrə məruz qalması, şəxsiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver vasitəsinə çevrilməsinə dair xeyli faktlar toplanılıb. Erməni əsirliyində insanlara qarşı əsl soyqırımı siyasətinin həyata keçirildiyini bildirən məruzəçi deyibm ki, yüzlərlə həmvətənimiz öldürülüb, dəhşətli əzab və işgəncələrə məruz qalaraq şikəst edilib. Son illər aparılan araşdırmalar nəticəsində əsir və girovluqda 553 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunub.
Hesabatda bildirilib ki, 2004-cü ildən etibarən Komissiyanın fəaliyyətində yeni dövr başlanıb və köklü dəyişikliklər baş verib. Prioritet məsələlərin müəyyənləşdirilməsi, kadr probleminin həlli və maddi-texniki bazanın yaradılması əsas amil kimi önə çəkilib. Bu dövrdə başlıca vəzifə itkinlərlə bağlı Dövlət Komissiyasındakı siyahıda dəqiqləşmənin həlli və bu siyahı ilə BQXK-da olan müvafiq siyahıdakı fərqin aradan qaldırılması idi. Bu həm də humanitar problemin miqyasının dəqiqləşməsi üçün əhəmiyyətli idi. Bu işin mühüm nəticəsi 2008-ci ilin aprelində BQXK və Dövlət Komissiyası arasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinin imzalanması olub.
Beləliklə, siyahılarda dəqiqləşmə işinin başlanmasından keçən müddətdə 1045 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılıb. Onlardan 386 nəfərinin sağ, 312 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 332 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib. Bundan başqa, 2280 itkin barədə Komissiyanın İşçi qrupu tərəfindən toplanıb və dəqiqləşdirilmiş məlumatlar BQXK-ya göndərilib. Hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir. Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür.
Məruzədə bildirilib ki, qeyd olunan bu işlər qarşıda duran vəzifənin həyata keçirilməsinin ilkin mərhələsidir. Sonrakı mərhələlərdə itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması, bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info