“Avropa Oyunlarına ev sahibliyi bu günə yox, gələcəyə işləyən məqamdır”
Tarix: 10.07.2015 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


"Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlarla bağlı rəqəmlər dəqiqləşdirilir. Biz artıq 45 əsas oteldən rəqəmləri yığmışıq. Bu günə 45 mindən artıq qonaqla bağlı məlumat var. Amma ümumiyyətlə, iyun ayında Azərbaycanın sərhədlərini keçən insanların sayı 170 mini ötüb. Azərbaycana Avropa Oyunlarına istər iştirakçı, istərsə də tamaşaçı qismində gələnlərin sayı bu rəqəmin içərisindədir". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi bu günə yox, gələcəyə işləyən məqamdır: "Azərbaycanın adının dünya informasiya məkanında dəfələrlə təkrarlanması, onun gözəl mənzərələrinin göstərilməsi, çox sayda qonaqların, idmançıların, mütəxəssislərin, incəsənət xadimlərinin gəlişi bir növ ölkənin təbliğatıdır. Bütün 17 gün ərzində Azərbaycan internetdə, televiziya kanallarında diqqət mərkəzində idi. Bu təbliğat öz nəticəsini verəcək. Məsələn, Azərbaycanda "Eurovison" mahnı müsabiqəsi olanda biz ölkəyə turizm axınını 2-3 aydan sonra gördük".

Nigar




 
Bölməyə aid digər xəbərlər
29.07.2015
I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi yüksək idi
22.07.2015
Azərbaycan dünyaya çox əhəmiyyətli idman hadisəsi bəxş etdi
21.07.2015
Pavol Kopp: «Birinci Avropa Oyunları unudulmazdır»
21.07.2015
Beate Şrott: «Bakı mənə “London-2012”ni xadırlatdı»
21.07.2015
Ruslan Savloxov: «Avropaya bu formatda yarışlar lazım idi»

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info