Azərbaycanda könüllülərin forumu keçiriləcək
Tarix: 10.07.2015 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi (TN) nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb. M.Cabbarov görüş zamanı deyib ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi müəllimlərdir: "Onlar 7 idman növü üzrə mübarizə aparıblar. Qürurverici haldır ki, Azərbaycan idmancıları ümumilikdə 56 medal qazanaraq ölkəmizin bayrağını yüksəklərə qaldırıb II yeri tutmağa nail olublar".
M.Cabbarov qeyd edib ki, Oyunların təşkilində və keçirilməsində TN-nin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib. Nazirin sözlərinə görə, könüllülər arasında SABAH qruplarının uğurlu fəaliyyəti qeyd olunmalıdır. Nazir sonra bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülətin iştirakını nəzərə alaraq, bu il dekabrın 5-də Beynəlxalq Könüllülər Günündə Tələbə-Könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub. Forumun məqsədi tələbə-könüllülərin təşkilatlanması, beynəlxalq miqyaslı kütləvi tədbirlərin təşkili və keçirilməsində tələbələrin fəal iştirakının təmin olunması, onların bacarıqlarının inkişaf etdirilməsidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info