“Virtual həyat və milli mənəvi dəyərlərimiz” mövzusunda İctimai Forum
Tarix: 10.07.2015 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


10 iyul 2015-ci il tarixində Lider Qadınlar İctimai Birliyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Virtual həyat və milli mənəvi dəyərlərimiz” mövzusunda İctimai Forum keçirilib. Forumu giriş sözü ilə açan millət vəkili Məlahət İbrahimqızı bildirib ki, hər bir xalqın və millətin yaratmış olduğu milli mənəvi dəyərlər onların milli özgürlüyünün və milli özünü dərkin inkişafına və qorunub saxlanmasına xidmət edən ən qiymətli sərvətdir. Bu səbəbdən güclü milli –mənəvi dəyərlər kompleksi hər bir xalq və dövlət üçün strateji əhəmiyyətə malik olmaqla, milli təhlükəsizlik konsepsiyasının əsas komponentlərindən biri kimi qiymətləndirilir. Bu mənada xalqımızın uzun əsirlik tarixə malik milli mənəvi dəyərləri ən çətin sınaqlardan keçərək nəsildən-nəslə ötürülmüş və zəngin miras kimi bizlərə çatdırılmışdır. Çox təəssüf ki, yaşadığımız üçüncü minillikdə elm və texnologiyaların yüksək inkişafı və bu sahədə qazanılan nailliyyətlər bir sıra hallarda milli-mənəvi dəyərlər və yetişməkdə olan nəslin tərbiyəsi üçün ciddi təhdidlər yaradır. AJQA-nın prezidenti Sevil Yusifova tədbirin məqsəd və məramı haqda iştirakçılara məlumat verdi. O bildirdi ki, gənclərin təlim tərbiyəsində milli dəyərlərin təbliği günümüzün ən ümdə məsələlərindən biridi. S.Yusifova beynəlxalq təcrübədən söhbət açıb. O internetdən istifadə, sosial mediya etikasındakı on qaydanın Bibliyadan götürüldüyünü diqqətə çəkib: yalan söyləməyin, nifrət etməyin, paylaşmak dəyər verməkdi, təhqir etməyin, hörmətsizlik etməyin, uyğun məlumat paylaşın, xətalarınızı düzəltməkdən qaçmayın, sevginizi göstərin, özəl həyata hörmət edin, hər şeyi normasında istifadə edin. Qərbdə sosial şəbəklərin hüquqi tənzimlənməsi və “cəza” metodlarının nədən ibarət olduğunu izah etdi. Natiq yalan, uydurma adlarla sosial şəbəkələrdə profil açan insanların qeyri-etik məlumatların yaymlaması hadisəsinə təəsüfləndiyini dilə aldı. S.Yusifova ictimai xadimlərin QHT nümayəndələrin bu məsələdə həssas olmasını təqdirə layıq hesab etdi. Millət vəkilləri Sahibə xanım Qafarova və Sevinc Fətəliyeva, Jalə Məmmədova, Qənirə Paşayeva, TUMİB sədri Çingiz Bayramov virtual məkanda olan bəzi saytların milli mənəvi dəyərlərimizə zidd olması ilə bərabər həm də, gənc nəslin tərbiyəsində də çox problemlər yaratmasını bildirdilər. Son günlərdə Möhtərəm Prezidentimizin ictimai qınağın və təpkinin məhz ictimaiyyət tərəfindən olması çox mühümdür fikrinə əsaslanan çıxışçılar bəzi problemlərin həllində ictimai fikrin böyük rola malik olmasını vurğuladılar. İctimai Forumda çıxış edən bütün natiqlər Forum adından müvafiq qurumlara müraciət hazırlayaraq ünvanlar üzrə göndərdilər.
Forum iştirakçıları tərəfindən qəbul edilmiş müraciət:
“Məlumdur ki, hər bir xalqın və millətin yaratmış olduğu milli mənəvi dəyərlər onların milli özgürlüyünün və milli özünü dərkin inkişafına və qorunub saxlanmasına xidmət edən ən qiymətli sərvətdir. Bu səbəbdən güclü milli –mənəvi dəyərlər kompleksi hər bir xalq və dövlət üçün strateji əhəmiyyətə malik olmaqla, milli təhlükəsizlik konsepsiyasının əsas komponentlərindən biri kimi qiymətləndirilir. Bu mənada xalqımızın uzun əsirlik tarixə malik milli mənəvi dəyərləri ən çətin sınaqlardan keçərək nəsildən-nəslə ötürülmüş və zəngin miras kimi bizlərə çatdırılmışdır. Çox təəssüf ki, yaşadığımız üçüncü minillikdə elm və texnologiyaların yüksək inkişafı və bu sahədə qazanılan nailliyyətlər bir sıra hallarda milli-mənəvi dəyərlər və yetişməkdə olan nəslin tərbiyəsi üçün ciddi təhdidlər yaradır. Son illərdə çox sürətlə inkişaf edən dünyanın virtual məkanı bu təhlükələrin daha da genişlənməsinə və yayılmasına əlverişli şərait yaratmışdır. İldən ilə dünyada və ölkəmizdə internet istifadəçilərinin artması yeni texnologiyaların inkişafının, onun tətbiqinin və ondan istifadə etmə mədəniyyətinin göstəricisi olsa da bu gün milli-mənəvi dəyərlərin, xüsusilə də ailə institutlarının aşılanmasına ciddi zəmin yaratmışdır. Belə ki, İnternet məkanındakı bir çox erotik saytlar bilavasitə gənc nəslin sağlam ruhda tərbiyəsi və millətimizin gələcəyi üçün real təhlükə mənbəyinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində bu cür saytlara məhdudiyyətlər tətbiq edilmişdir. Yaşadığımız dövrdə hər kəsin az qala təbii ehtiyacına çevrilmiş virtual məkanlarda olan bir çox reklamlar və saytlar milli-mənəvi dəyərlərimizə, islam mənəviyyatına və əxlaqına zidd olmaqla bərabər, eyni zamanda yeni nəslə mənəviyyatsızlıq aşılayır. Biz Azərbaycanın bir qrup qadın millət vəkilləri, tanınmış qadın QHT nümayəndələri və ziyalıları bu müraciəti imzalayaraq, müvafiq dövlət qurumlarını milli-mənəvi dəyərlərimiz və gənclərimizin tərrbiyəsi üçün ciddi təhlükə olan belə saytlara məhdudiyyətlərin tətbiq olunmasına çağırır və gələcəyimizə biganə olmayan hər kəsi bu kampaniyaya qoşulmağa dəvət edirik”.









 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info