“Müəllimlərin maaşının artırılması ilə bağlı qərar qüvvədədir”
Tarix: 10.07.2015 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müəllimlərin maaşının qaldırılması ilə bağlı qərar 2015-ci ilin yanvarından tətbiq olunur: “Bu qərar artıq yeddinci aydır ki, qüvvədədir. Sınaq qiymətləndirmədən keçmiş müəllimlərin maaşının qaldırılmasının tətbiqinə 2015-ci büdcə ilindən başlanıb”.
Nazir bildirib ki, iyulun 20-dən başlayaraq ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlər arasında keçiriləcək beynəlxalq kimya olimpiadasına dünyanın bir çox ölkələrindən komandalar qatılacaq: “Bu yarışlarda Azərbaycan komandası da iştirak edəcək. Bu istiqamətdə son il ərzində xüsusi təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva rəhbərlik edir. Həm təşkilat, həm şagirdlərin akademik nailiyyətləri nöqteyi-nəzərdən biz böyük ümidlə və səbirsizliklə olimpiadanın başlanmasını gözləyirik. Çünki bir qayda olaraq belə olimpiadalarda istedadlı şagirdlər aşkarlanır”.
Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-29 tarixlərində Bakı şəhərində keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info