Təmiz balı saxtasıdan necə seçməli?
Tarix: 10.07.2015 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Arıçılıq kənd təsərrüfatında gəlirli sahələrdən sayılır. Zəhmət və xüsusi diqqət tələb edən bu sahəyə getdikcə maraq artır. Uşaqlıqdan arıçılıqla məşğul olan Tovuzun Bozalqanlı kənd sakini Əsgər Həsənov “ttv.az”a deyib ki, keyfiyyətli məhsul əldə etmək üçün arılara yaxşı qulluq olunmalıdır. Ötən il bal yığımı zamanı məhsuldarlığın aşağı olduğunu deyən fermer bu il vəziyyətin fərqli olacağına inanır. Fermerin sözlərinə görə, hər arı ailəsi ən azı 10-15 kq bal verir. Lakin balın hamısı götürülmür, bir hissə arılara növbəti yaza qədər yaşamaq üçün qida kimi saxlanılır.
Süzülən bal isə bankalara yığılaraq satışa çıxarılır. Bu balın 1 kq-ı alıcılara 25-30 manata təklif olunur. Bəzənsə kefiyyətə görə qiymət dəyişir. Əksər insanlar xalis balı saxta baldan ayırmaqda çətinlik çəkir. Əsgər Həsənov deyib ki, xalis balı digərlərindən fərqləndirmək üçün sadə üsul var. Ustad arıçı saxta balı od vasitəsi ilə müəyyən edir. Deyir ki, bir qaşıq balı közün üstündə qızdırıb qaynatmaq lazımdır. Əgər qaşığın kənarlarında ağ köpük yığılırsa bu, xalis baldır. Yox, əgər qırmızı köpük əmələ gələrsə, demək tərkibində şəkər tozu var, yəni saxta baldır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info