“Berliner Zeitung”: “Almaniya tarixindəki soyqırımları tanımalıdır”
Tarix: 11.07.2015 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“Herero və namalara qarşı soyqırımın tanınması alman koloniyalarında baş verən cinayətlərin araşdırılması üçün başlanğıc ola bilər”

1842-1908-ci il illərdə yaşamış vəkil, koloniyalarda sahbikarlıqla məşğul olan iş damı Yulius Şarlax koloniyalaşdırma ilə bağlı bunları deyib: “Tarix göstərir ki, koloniyalaşdırma yerli sakinlərin sivilizasiyaya yaxınlaşdırılması deyil, əksinə onların əzilməsi, sonda məhv edilməsi deməkdir. Bu faciəli fakta tarixi zərurət kimi yanaşılır. Bu “zərurət” Almaniyanın heç bir koloniyasında Cənub-Qərbi Afrikada, müasir Namibiya ərazisindəki kimi kompromissiz şəkildə yerinə yetirilməyib. Holokost, Osvensimdən əvvəl 1904-1908-ci illərdə general-leytenant Lotar fon Tortun başçılıq etdiyi alman ordusu həmin ərazidə yaşayan herero tayfasına qarış soyqırımı həyata keçirib. Almanlara müqavimət göstərən 80 min nəfərlik herero tayfasından sağ qalanların sayı cəmi 15 min, 20 nəfərlik namalardan isə 10 min nəfər olub. General Trot uşaq, böyük, yaşlı olmasından asılı olmayaraq, bütün hereroların güllələnməsi haqqında əmr vermişdi”.

“Bir tərəfdən Türkiyəni soyqırımı tanımağı çağıraraq, digər tərəfdən öz törətdiyin soyqırımı ört-basdır etmək doğru deyil. Soyqırımı maliyyə yardımı ilə ört-basdır etmək mümkün deyil. Hər il Holokostun ildönümündə alman siyasətçilər yəhudi soyqırımı unutmamaqdan danışaraq bildirirlər ki, “soyqırımın köhnəsi olmur”. Amma herero və nama tayfalarının nümayəndələrinə göstərilən münasibət göstərir ki, alman siyasətçilər “soyqırımın köhnəsi olmur” ifadəsini işlədərkən səmimi olmamaqla yanaşı, ən azı ikili əxlaq ortaya qoyurlar”.

Bu sətirlər “Berliner Zeitung” nəşrində çap edilən “Almaniya tarixindəki soyqırımları tanımalıdır” başlıqlı məqalədə yer alıb. Məqalədə qeyd edilir ki, herero və namalara qarşı soyqırımın tanınması alman koloniyalarında baş verən cinayətlərin araşdırılması üçün başlanğıc ola bilər. Qeyd edilir ki, koloniyalara sahib olan Almaniya 35 il mövcud olub. Versal sülh müqaviləsinə əsasən Almaniya bütün koloniyalarını itirib. Vurğulanır ki, həmin vaxtın üstündən uzun zaman keçdiyindən çoxları o vaxtları xatırlamaq istəmir: “Amma keçmiş koloniyalar həmin faciəli illəri tez-tez xatırlayırlar. Almaniya unudur ki, BMT 1948-ci ildə hereroların məhv edilməsini soyqırımı kimi təsnif edib. Soyqırımı faciəsi onun qurbanlarının nəslindən olanların yaddaşında bu cinayəti törədənlərdən daha yaxşı qalır. AFR bu gün herero və nama tayfalarına qarşı soyqırımı törətdiyini qəbul etməkdən imtina edir. Berlinə gələn həmin tayfaların nümayəndələri Almaniyanı 100 il əvvəl həyata keçirdiyi soyqırımı tanımağa çağırırlar.

“Almaniya unudur ki, BMT 1948-ci ildə hereroların məhv edilməsini soyqırımı kimi təsnif edib. Soyqırımı faciəsi onun qurbanlarının nəslindən olanların yaddaşında bu cinayəti törədənlərdən daha yaxşı qalır. AFR bu gün herero və nama tayfalarına qarşı soyqırımı törətdiyini qəbul etməkdən imtina edir. Berlinə gələn həmin tayfaların nümayəndələri Almaniyanı 100 il əvvəl həyata keçirdiyi soyqırımı tanımağa çağırırlar”.

Onların nümayəndələri üçün heç bir qəbul nəzərdə tutulmayıb. Almaniya daha çox “etimad yaradan əməkdaşlığa” işarə vuraraq müasir Namibiyanın inkişafı üçün maliyyə dəstəyi göstərə biləcəyini qeyd edir. Axı, bir tərəfdən Türkiyəni soyqırımı tanımağı çağıraraq, digər tərəfdən öz törətdiyin soyqırımı ört-basdır etmək doğru deyil. Soyqırımı maliyyə yardımı ilə ört-basdır etmək mümkün deyil. Hər il Holokostun ildönümündə alman siyasətçilər yəhudi soyqırımı unutmamaqdan danışaraq bildirirlər ki, “soyqırımın köhnəsi olmur”. Amma herero və nama tayfalarının nümayəndələrinə göstərilən münasibət göstərir ki, alman siyasətçilər “soyqırımın köhnəsi olmur” ifadəsini işlədərkən səmimi olmamaqla yanaşı, ən azı ikili əxlaq ortaya qoyurlar. Herero və namalara qarşı törədilmiş soyqırımın tanınması Almaniyanı koloniya siyasətinin analizi üçün başlanğıc ola bilər. Bu mövzu ilə bağlı debatlar təşkil edilməlidir ki, digər alman koloniyalarında törədilən cinayətlər unudulmasın. Koloniyalarda xalqların məhv edilməsi təkcə almanlara aid deyil. Bu siyasət Avropa koloniya siyasətinə xas olan cəhətdir. Xalqların koloniyalaşdırılması, onların ənənəvi mədəniyyətinin, iqtisadi münasibətlərinin, sosial strukturlarının məhvi dünyanın dağılmasıdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
01.06.2020
Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 Asan plov -VİDEO
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info