Dünyada geosiyası balans dəyişir
Tarix: 11.07.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Hindistan və Pakistanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması prosedurunun başlaması ilə bağlı sənəd imzalanıb

Hindistan və Pakistanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması planı dünyanın getdikcə çoxqütblülüyə çevrilməsinin sübutu kimi Qərbdə narahatlıqla qarşılanır. Bu narahatlıq ABŞ-ın həftəlik “Newsweek” nəşrində Şanxay Əməkdaşlıq Təşkilatının Ufada keçirilən sammitinə həsr edilmiş “Yeni Şərq bloku: Çin, Rusiya və Hindistan güclərini birləşdirir” adlı məqalədə də ifadə olunur.
Təşkilatın genişlənmə planlarını şərh edən nəşr qeyd edir ki, Qərb üçün hələ ki, naməlum olan bu beynəlxalq təşkilatda əhalisi dünyanın yarıdan çoxunu təşkil edən dövlətlər təmsil olunacaq. Nəşr bununla yanaşı iddia edir ki, əgər, yeni birliklə bağlı Rusiyanın planı baş tutsa, Qərb bundan sonra təşkilata daha böyük diqqət ayırmalı olacaq. Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı Hindistan və Pakistanı da təşkilata rəsmi olaraq tam hüquqlu üzv olmağa dəvət edib.

“Newsweek”:
“Şanxay Əməkdaşlıq Təşkilatının Ufada keçirilən sammitinin nəticələri Qərbdə narahatliq yaradıb”

Burada əsas məqsəd təşkilatın Cənubi Asiyada da təsirini genişləndirmək və II Dünya müharibəsindən sonra Qərbin nəzarəti altında olan beynəlxalq qurumlara qarşı öz sözünü deyə bilən, müqabil təşkilat formalaşdırmaqdır. Məhz bununla əlaqədar nəşr xüsusi olaraq qeyd edir ki, əgər, Şanxay Əməkdaşlıq Təşkilatı genişlənmə məsələsində uğur qazana bilərsə, bu, çoxqütblü dünya formalaşması istiqamətində əhəmiyyətli bir addım ola bilər. Belə olan halda bu yol uzun və çətin olacaq. Təbii ki, təşkilatın Ufadakı sammiti bəlkə də bu qədər maraq dairəsinə düşməz və şərh edilməzdi. Artıq Avropada da başa düşməyə başlayıblar ki, dünyanın nizamı yavaş-yavaş dəyişir. Bu barədə mövcud narahatçılıq Qərb müşahidəçilərini də cəlb etməkdədir. “Newsweek” nəşri Kolumbiya Universitetinin siyasi elmlər üzrə professoru Aleksand Kulinin fikirlərindən sitat gətirir: “Hazırda akademik dairələr və onun hüdudlarından kənarda maraqlı fikirlər formalaşıb ki, görəsən, Qərb əsaslı olmayan güclü beynəlxalq təşkilat necə olacaq? Onun əsas fərqi və təsir effekti necə olacaq?”. Qeyd edək ki, təşkilatın hazırkı üzvləri Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan dövlətləridir. Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan təşkilatda müşahidəçi statusuna malikdirlər. Bundan əlavə, Belarus, Türkiyə və Şri Lanka da təşkilatın "dialoq tərəfdaşları"dır. Şanxay Əməkdaşlıq Təşkilatında dünya əhalisinin 1 milyard 597 milyon nəfəri bir araya gəlib. Birlik dövlətlərinin ümum daxili məhsul təxminən 20 trilyon dollar təşkil edir. Qeyd edək ki, Ufada keçirilən sammitdə Hindistan və Pakistanın bu təşkilata qoşulması prosedurunun başlaması ilə bağlı sənəd imzalanıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info