Ərəstun Mehdiyev: “Dövlət siyasəti Azərbaycan mətbuatının inkişafına yönəlib”
Tarix: 11.07.2015 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, dünyada milli mətbuatının yaranmasının 140 illiyini qeyd edən az ölkələr var ki, onlardan biri də Azərbaycandır: “Əkinçi” qəzeti Azərbaycan mətbuatının sonrakı inkişafına, onun peşəkar dəyərlər üzərində qurulmasına da böyük töhfə verdi. O dövrdə nəşr olunan məqalələr bu gün üçün də aktual və maraqlıdır. Azərbaycan xalqı mətbuatın inkişafı ilə gələcəyə baxmaq, inkişaf etmək haqqı qazanıb. Azərbaycanda yüzlərlə mətbu orqan var. Onların sırasında dövlətə məxsus olanların sayı azdır. Bizim media tamamilə sərbəstdir. Azərbaycan mətbuatı bu gün istənilən mövzu, istənilən hadisə haqqında yazmaqda tam sərbəstdir. Mənim düşüncəmə görə mətbuatın ən vacib vəzifələrindən biri Azərbaycan ənənələrini qorumaq, tarixi keçmişinə ehtiram hissi ilə yanaşmaqdır. Bu gün müharibə şəraitində yaşayan Azərbaycan mətbuatı çox həssas olmalıdır. Media heç bir vəziyyətdə düşmənin dəyirmanına su tökməməlidir, ucuz sensasiya yaratmamalıdır. Mən demirəm ki, mətbuat tənqid etməməlidir. Lakin ən yüksək amil Azərbaycanın ərazi bütövlüyü və gələcəyi olmalıdır”. Nazirin fikrincə, bu mənada media, mətbuatın rolu xüsusilə dəyərləndirilməlidir: "Biz medianı ölkəni gələcəyə aparan qüvvə kimi qorumalıyıq". Bu günlərdə ölkənin hər yerində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini deyən nazir bildirib ki, ölkənin ilk mətbu orqanı olan "Əkinçi" qəzeti təsis olunmasaydı, bir sıra tarixi hadisələrin gerçəkləşməsi mümkün olmayacaqdı: “Cəmi 2 il yaşamış bu qəzet Azərbaycan milli təfəkkürünün irəli aparılmasında böyük rol oynayıb. Bu qəzet mətbuatın inkişafına və gələcəyinə, o zaman çətin dövr yaşayan Azərbaycanın taleyinə böyük təsir göstərib. Jurnalistika indi də mənəvi dəyərlərinə sadiq qalaraq cəmiyyətə xidmət edir". Ə.Qarayev dünyada Azərbaycana qarşı aparılan əks-təbliğat məsələsinə də toxunub: "Dünyada necə vardısa, ikili standartlar yenə də mövcuddur. Azərbaycanda, guya demokratiyanın olmaması, problemlərin olduğunu bəyan edən xarici KİV-lər öz problemlərini görmək iqtidarında deyillər. Amma Azərbaycanda ən kiçik problemi böyüdüb qabardırlar". Nazir bildirib ki, Azərbaycanda mövcud media məkanı tamamilə sərbəst və açıqdır: "İnternetə rahat daxil olub istənilən məlumatı əldə etmək mümkündür. İstənilən şəxs barədə məlumat əldə etmək olur. Mətbuat istənilən şəxs barədə istənilən mövzuda yaza bilir". Ə.Qarayev bir daha əminliyini bildirib ki, Azərbaycan mediası ölkənin gələcəyi naminə yenə də müsbət töhfələrini verəcək.
Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, dövlət siyasəti Azərbaycan mətbuatının inkişafına, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmağına yönəlib: “Bu sahədə atılan addımlar imkan verir deyək ki, bizim peşəkar mətbuatımız bunun öhdəsindən gəlir. Bu gün müharibə şəraitində yaşayırıq. Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik. Mətbuatın peşəkarlığı burda böyük rol oynayır. Milli mətbuatımızın qaranquşu olan “Əkinçi”nin nəşrindən sonra çap olunan digər mətbu orqanlar Azərbaycan xalqının milli özünüdərkinə böyük diqqət yetirib və bu yolda böyük rol oynayıb. O dövrdən bu günə qədər mətbuatımızı izləsək, görərik ki, Azərbaycanın milli dəyərləri geniş şəkildə işıqlandırılıb. Cənab Prezidentin vurğuladığı kimi jurnalistlərin vətənpərvər olması vacib məsələlərdəndir. Mətbuatın cəmiyyətdə tutduğu rol çox əhəmiyyətli və önəmlidir. Onun üzərinə böyük missiya və vəzifə düşür. İnanıram ki, Azərbaycan mətbuatı üzərinə götürdüyü böyük missiyanı indiyə qədər olduğu kimi bundan sonra da davam etdirəcək”. Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının 140 illik yubileyi, müasir mətbuatın inkişafı haqqında fikirlərini bildiriblər.
Tədbirdə “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif edilən bir qrup jurnalist mükafatlandırılıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info