“Azərbaycan icmasının nümayəndəsi də “Chatham House”da çıxış edəcək”
Tarix: 11.07.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Elmar Məmmədyarov: “Saakyanın səfəri Ermənistan pasportu ilə baş tutub. Lakin araşdırmaq lazımdır ki, niyə Ermənistan pasportu ilə ona viza verirlər?”

"ABŞ Senatının Təxsisatlar Komitəsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş hər kəsə yardımı nəzərdə tutur".
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Senatının Təxsisatlar Komitəsinin Dağlıq Qarabağa maddi yardım ayrılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib. O bildirib ki, bu qərar həm də azərbaycanlılara aiddir
: “Qərar təkcə hazırda Dağlıq Qarabağda yaşayan şəxslərlə əlaqəli deyil. Bu, erməni tərəfinin uydurduğu bir şeydir. Tamamilə yalandır. Dəqiq olaraq belədir ki, Amerika hökuməti Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım edəcək. Bu, əlbəttə ki, azərbaycanlılara da aiddir”. Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam etdirilir. Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bəllidir: “Biz kompromis kimi yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusu məsələsini müzakirə edə bilərik. Azərbaycanın mövqeyi çox konstruktivdir. O baxımdan ki, bütün ordu kənarda qalsın, insanlar geri qayıtsın, yollar açılsın və biz bütün əlaqələri bərpa edək. Bütün yolların, kommunikasiyaların açılması imkan verəcək ki, regionda addım-addım, normal şəkildə əlaqələrimizi quraq. Hamı bilir ki, danışıqlar bunun əsasında aparılır. Həm həmsədrlər, həm də Azərbaycan tərəfi bu istiqamətdə addımlar atır. Qalır Ermənistanın da bunu qəbul etməsi. Gec-tez bu da olacaq. Mən heç şübhə etmirəm”. Separatçıların başçısının Böyük Britaniyaya səfərinə münasibət bildirən xarici işlər naziri deyib ki, Azərbaycan XİN və ölkənin Londondakı səfirliyi Saakyanın səfəri ilə bağlı açıqlama yayıb: “O, İngiltərəyə şəxsi qonaq kimi gedib. Səfər Ermənistan pasportu ilə baş tutub. Lakin araşdırmaq lazımdır ki, niyə Ermənistan pasportu ilə ona viza verirlər? Çünki bir tərəfdən Ermənistan bəyan edir ki, onlar müstəqildirlər, digər tərəfdən isə həmin şəxs İngiltərəyə, daha əvvəl isə ABŞ və Fransaya gedəndə Ermənistan pasportundan istifadə edir. Bunlar şəxsi səfərlərdir. Biz yenə də bununla bağlı bir neçə dəfə İngiltərənin Xarici İşlər Nazirliyinə etirazımızı bildirmişik. İngiltərə parlamentində madam Koks kimi adamlar var. Onların qanunlarına görə, kimi istəsələr, dəvət edə bilərlər. Amma bu, o demək deyil ki, İngiltərə parlamenti nəyisə təsdiq və ya qəbul edir. Digər tərəfdən, Bako Saakyan erməni icmasının fikrini “Chatham House”da çatdırırsa, Azərbaycan icması da fikirlərini çatdırmalıdır. Biz artıq bu barədə danışıqları başa çatdırmışıq. İndi səfirliyimiz vasitəsilə bunun vaxtını müəyyənləşdiririk. Azərbaycan icmasının nümayəndələri də Londonda Bako Saakyanın görüşdüyü şəxslərə öz fikirlərini çatdıracaqlar”.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Prezident Rövşən Rzayevi qəbul edib
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info