Həyəcan hissi irsən keçir
Tarix: 11.07.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


ABŞ alimləri müəyyən ediblər ki, uşaqlarda həyəcan hissi irsi xarakter daşıyır. Viskonsin-Medison Universitetinin əməkdaşları eksperiment vaxtı aşkar ediblər ki, beyinin 3 nahiyəsinin iştirakı ilə onun aktiv bağlamaları həyəcan hissinin və depressiyanın inkişafına yol açır.
Tədqiqatın müəllifi Ned Kalin deyib ki, belə aktivliyin əsas səbəbi baş beyindəki dəyişikliklərdir. "Informing"in yaydığı məlumata görə, uşaqlarda çox tez-tez güclü həyəcan hissi və temperament müşahidə olunur. Bütün xarakteristikalar və genetik informasiya araşdırılandan sonra məlum olub ki, üzərində tədqiqat aparılan meymun balalarının təxminən 30 faizinə həyəcan hissi valideynlərindən keçib. Sən demə, insanlarda olduğu kimi, meymunlarda da həyəcan genləri nəsildən-nəslə ötürülür. Alimlər hesab edirlər ki, həyəcan hissi valideynlərdə genetik dəyişikliklər üzündən təzahür edir. Həyəcan hissi müəyyən mənada insanın təhlükəyə hazır olmasına və ya ümumiyyətlə, ondan uzaq olmasına kömək edir. Lakin beyinin üç nahiyəsinin aktivliyi səbəbindən bu hiss gələcəkdə də özünü büruzə verə bilər. Nəticədə depressiya inkişaf edir və bu da öz növbəsində psixi pozğunluq yaradır. ABŞ mütəxəssisləri bu mövzunu daha ətraflı araşdırmaq üçün yeni eksperimentlər aparmağı planlaşdırırlar.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info