Tibb işçilərinin çoxu işə xəstə vəziyyətdə gedir
Tarix: 11.07.2015 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Həkimlərin 95,3 faizi etiraf edib ki, xəstə vəziyyətdə işləyəndə öz pasiyentlərini riskə məruzə qoyurlar. Buna baxmayaraq, ötən il həkimlərin 83,1 faizi azı 1 dəfə işə xəstə vəziyyətdə gəlib. “TIME” xəbər verir ki, 530 tibb işçisi arasında aparılan sorğunun nəticələri belədir.
Sorğuda iştirak edənlərin çoxu həmkarlarını pis vəziyyətdə qoymamaq üçün işə xəstə vəziyyətdə çıxmalı olub. Digərləri isə pasiyentlərinə görə narahat olublar və ya kollektivin qınağından çəkiniblər. Mikrobioloq Çarlz Qerba vurğulayıb ki, hətta xəstəlik təzəcə hiss olunanda belə işə gəlmək təhlükəlidir. Çünki soyuqdəymə əlamətləri hiss olunmağa başlayanda xəstəlik daha yoluxucu olur. Üstəlik, belə vəziyyətdə işləmək xəstəliyi daha da ağırlaşdırır. Buna görə də vaxtında müalicə olunmaq lazımdır. Bir neçə gün yorğan-döşəyə düşməkdənsə, əvəzgün götürmək daha məsləhətlidir. Alimlər cəmi bir hospitalın işçiləri arasında sorğu aparıblar. Bəlkə də digər tibb müəssisələrində vəziyyət başqa cürdür. Amma tədqiqatçıların fikrincə, bu sahədə dəyişikliklər pasiyentləri xəstəliklərdən, tibb işçilərini isə peşə azarından xilas edəcək.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
NASA “21/Borisov“ quyruqlu ulduzunun görüntülərini yayımladı
20.10.2019
İsveçdə pensiya yaşı artırılır
20.10.2019
Yunanıstanın Krit adasındakı mağaralar kirayə verilir
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info