“Qəbələ” və “İnter” növbəti mərhələdə!
Tarix: 11.07.2015 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” avrokuboklarda növbəti sınağına çıxıb. Əyalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”su ilə görüşüb. Gürcüstanda məğlub olan Roman Qriqorçukun yetirmələri doğma stadionda 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıblar. Komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Görüşün başa çatmasına 1 dəqiqə qalmış Sergey Zeynov hesabı açıb, əlavə edilmiş 3 dəqiqədə isə Aleksey Antonov fərqi 2 topa çatdırıb. Bununla da “Qəbələ” tarixində ilkə imza atıb. İndiyədək avrokuboklarda 3 oyun keçirən klub qazandığı ilk qələbə sayəsində II təsnifat mərhələsinə də adlayıb. Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” isə öz meydanında Albaniya “Laçi”sini sınağa çəkib. Ötən həftə səfərdə keçirdiyi qarşılaşmada qollu heç-heçəyə nail olan bakılılar əldə etdiyi cüzi üstünlüyü qorumağa nail olublar. Belə ki, Zaur Svanadzenin yetirmələri qol vurmadan da mərhələ adlaya biliblər. Bu, səfərdə vurulan qol sayəsində mümkün olub. Ardıcıl 3 mövsüm I təsnifat mərhələsini uğurla keçən “İnter” “Laçi” səddini də adlayaraq, uğurlu seriyasını 4-ə çatdırıb. “Qəbələ” və “İnter” futbol komandalarının Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. “Qəbələ” ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq. Bu komanda ilk mərhələdə Sloveniyanı təmsil edən “Domjale”yə qalib gəlib. “İnter” isə növbəti mərhələdə İslandiyanın “Hafnarfyordur” klubu ilə üz-üzə gələcək. Bu komanda birinci təsnifat mərhələsində Finlandiyanın SJK klubundan üstün olub. Hər iki klubumuz rəqibləri ilə ilk oyunu səfərdə, cavab matçını evdə keçirməli olacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-da, cavab görüşləri isə 23-də təşkil olunacaq.





 
Bölməyə aid digər xəbərlər
26.01.2020
İrina Zaretska Karate 1 Premyer Liqa turnirində qızıl medal qazanıb
26.01.2020
Azərbaycan karateçisi Parisdə keçirilən turnirdə bürünc medal qazanıb
26.01.2020
İrina Zaretska Premyer Liqa turnirinin finalına yüksəlib
26.01.2020
“Mançester Yunayted“ Reşfordu əvəzləyəcək hücumçu axtarır
26.01.2020
“Liverpul“ İskonu transfer etmək istəyir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info