Mərkəzi Bank uçot dərəcəsini 3 faizə endirib
Tarix: 11.07.2015 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda öz dayanıqlığını qoruyur və sabit inkişaf kursunu davam etdirir. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, cari ildə iqtisadi mərhələdəki yeni meyillərə adekvat olaraq makroiqtisadi siyasətdə həyata keçirilən mühüm təshih tədbirləri milli iqtisadiyyatın dayanıqlığının qorunmasına yönəlib.
Həyata keçirilən məqsədyönlü məzənnə siyasəti iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və tədiyyə balansının strateji dayanıqlığına müsbət təsir edib. Eyni zamanda makroiqtisadi sabitlik qorunub, 2015-ci ilin birinci yarısında inflyasiya aşağı təkrəqəmli səviyyədə qalıb. Son 2 ayda valyuta bazarı və manatın məzənnəsi əhəmiyyətli dərəcədə stabilləşib, Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunub. Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində də məqsədyönlü fəaliyyətini davam etdirib. Bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasıdır. Bununla bağlı son vaxtlar bank sektorunun fəaliyyətinin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər faizlərin aşağı düşməsinə şərait yaradır. Eyni zamanda inflyasiyanın məqbul səviyyəsini və pul təklifinin dinamikasını nəzərə alaraq pul siyasətinin daha da yumşaldılması imkanları yaranır.
Qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 13 iyul 2015-ci il tarixindən uçot dərəcəsinin 3,5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info