Bakıda “Metro Gallary” təşkil olunacaq
Tarix: 13.07.2015 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


İyulun 15-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində “Gənclik” metro stansiyasında foto-sərginin açılışı olacaq.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbir metropolitenin sosial yönlü ikinci sərgisidir. Daha öncə metronun “Nərimanov” stansiyasının təmirdən çıxan keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi. Bu dəfə isə “Gənclik” metro stansiyasının yeni təmir olunan keçidləri fotoqrafların ixtiyarında olacaq.
Qeyd edək ki, “Metro Gallery” layihəsinin başlanmasına mart ayında start verilib. Layihəyə marağın həddən artıq olduğunu 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil də sübut edir. Mövzular müxtəlif və rəngarəngdir. Onlar arasında daha istedadlı 39 iştirakçının 92 əsəri Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib.
Seçilən əsərlər noyabrın 15-nə qədər sərgilənəcək. Sənətsevərlər bu əsərlərə “Gənclik” metro stansiyasının keçidlərində baxa biləcəklər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Prezident Rövşən Rzayevi qəbul edib
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info