Diaspor üzvümüzün ölkəmizlə bağlı Polşa mətbuatında məqaləsi çap olunub
Tarix: 13.07.2015 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Polşanın nüfuzlu "PolskaTimes" xəbər saytında Azərbaycan haqqında məqalə dərc olunub. Məqalədə Polşa-Azərbaycan diplomatik əlaqələrindən bəhs edilir. Dörd pilləli məqalənin müəllifi, Polşada Azərbaycan diasporunun fəal üzvi Nail Əhməd bildirib ki, məqalənin birinci hissəsində 15-ci əsrdə Uzun Həsənlə Polşa hökmdarı Yagollanın sıx diplomatik münasibətlərindən bəhs edilir. İkinci hissədə isə Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə ilə Polşanın lideri Jozef Pilsudski ilə fransızca məktublaşaraq, diplomatik əlaqələrin dərinləşməsindən danışılır.
Üçüncü mərhələdə isə 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Polşaya rəsmi səfəri ikitərəfli münasibətləri tənzimləyən hüquqi-normativ bazanı genişləndirməklə, qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirilməsindən bəhs edilir. Bunun nəticəsi idi ki, 1999-cu ilin oktyabrında Polşa Prezidenti A.Kvasnevskinin Azərbaycana rəsmi səfər etdi və 2000-ci ildə Milli Məclisdə Azərbaycan - Polşa parlamentlərarası işçi qrupunun yaradıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Polşaya ilk səfəri məqalənin dördüncü pilləsində dayanır. Bu səfər zamanı imzalanan sənədlər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə böyük zəmin yaratdı. Polşa ilə Azərbaycan arasında müdafiə, gömrük və iqtisadi sahədə əməkdaşlıq barədə sazişlərin imzalanması Azərbaycanın Avropaya inteqrasiyasının daha da sürətləndirilməsində böyük rol oynayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info