Zaqatalada 12 yeni elektron ATS quraşdırılır
Tarix: 13.07.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Əhaliyə müasir multimedia xidmətlərinin göstərilməsi üçün Zaqatala rayon Telekommunikasiya Qovşağının xidmət ərazisində ən müasir NGN texnologiyaları əsasında 12 yeni elektron ATS quraşdırılır. Qovşağın rəisi Həsən Ömərov bildirib ki, yeni stansiyalar “Aztelekom” İstehsalat Birliyinin həyata keçirdiyi “Multimedia xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq quraşdırılır. Onun sözlərinə görə, NGN texnologiyası əsasında quraşdırılan ATS-lər bir çox üstünlüklərə malikdir. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə telefon rabitəsi ilə yanaşı, multimedia xidmətləri, yüksək sürətli internet, video görüntülü rabitə və çoxlu sayda servis xidmətləri təqdim edir. Qovşağın rəisinin bildirdiyinə görə, bu stansiyaların 2-si Zaqatala şəhərində, 10-u isə kəndlərdə quraşdırılır. Stansiyaların xətt təsərrüfatının qurulması və kabelləşmə işləri artıq başa çatmaq üzrədir. Yeni ATS-lərin quraşdırılması nəticəsində qovşağın ümumi montaj tutumu 4320 nömrə artaraq 25556 nömrəyə, internet avadanlığının montaj tutumu isə 12298-ə çatdırılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info