DANİB etiraz bəyanatı yayıb
Tarix: 13.07.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) Dağlıq Qarabağdakı cinayətkar rejimin rəhbəri Bako Saakyanın "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Böyük Britaniyaya dəvət olunması ilə bağlı etiraz bəyanatı yayıb. Sənəddə bildirilir ki, Azərbaycan torpaqlarının 20%-nin işğal edən Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin pozucusu kimi nəhayət bütün sivil dünya ölkələri tərəfindən qınanması vacibdir: “Biz bu münasibəti xüsusi ilə Avropada və dünyada insan haqlarının qorunmasında “müvəkkil” kimi çıxış edən dövlətlərən gözləyirik. Təəssüflər olsun ki, dünyada mövcud olan “ikili standartlar” siyasətinə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin timsalında 20 ildən artıqdır ki, şahidlik etməkdəyik. Bu günlərdə B.Britaniya paytaxtında yerləşən "Chatham House" tərəfindən Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda yaratdığı qondarma rejiminin rəhbəri Bako Saakyanın Londona dəvət alması, ona olmayan “dövlət” haqqında yalan məlumatlarla auditoriyanı aldatmaq fürsətinin yaradılması Azərbaycan-Böyük Britaniya münasibətlərinin əməkdaşlıq ruhuna zərbədir. Yüz minlərlə Azərbaycan vətəndaşının doğma yurd yerlərindən məcburi köçkün salınması, on minlərlə dinc insanın qətlə yetirilməsi və yaralanması, minlərlə mədəni-tarixi abidənin dağıdılmasıyla müşaət olunan Ermənistanın işğalçılıq siyasətinin bu şəkildə ilhamlandırılmasını gənclər təşkilatı olaraq yalnız ölkəmizə qarşı deyil dünyanın təhlükəsizlik sisteminin zədələnməsi istiqamətində atılmış səhf addım kimi dəyərləndiririk. Bako Saakyan və Qarabağdakı qondarma rejimin digər nümayəndələri Azərbaycan vətəndaşı olan yüzlərlə, minlərlə dinc insanın qətlə yetirilməsində bilavasitə iştirak edən əli qanlı cinayətkarlardır. Əgər belə şəxslərin Avropa şəhərlərinə səfərinin təşkili söz, fikir azadlığının təcəssümüdürsə onda Böyük Britaniya hökuməti analoji münaqişə ocaqlarındakı separatçı qurumların - “Abxaziya”, “Donetsk Xalq Respublikası”, “Cənubi Osetiya”nın liderlərinində "Chatham House"a dəvət ediləcəyi tarixi açıqlayardı. Əlbətdəki, bu heç də inandırıcı görünmür.
Multikultral dəyərlərin dünyada fəal təbliğatçısı qismində çıxış edən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Böyük Britaniyanın şərik çıxdığı beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu bəyan edir və qətiyyətlə pisləyirik.
Böyük Britaniya hökumətini 20 ildən artıqdır nəticəsiz davam edən sülh danışıqlarında irəliləyişin olması üçün BMT-nin erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamənin icrasının təmini məqsədi ilə Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə çağırırıq. Unudulmamalıdır ki, atılan hər belə ədalətsiz addım beynəlxalq münasibətlər sisteminə inamı sarsıtmağa xidmət edir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info