“Sosial xidmət üzrə yeni iş yerlərinin yaradılmasında xeyriyyəçiliyin rolu”
Tarix: 13.07.2015 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bəxtiyar Rüstəmovun rəhbərlik etdiyi “İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən “Sosial xidmət sahələri üzrə yeni iş yerlərinin yaradılmasında xeyriyyəçiliyin rolu” mövzusunda layihə həyata keçirilir. 18 avqustda Sabirabad, 19 avqustda Saatlı, 20 avqustda Biləsuvar, 21 avqustda Cəlilabad şəhərində təşkil ediləcək olan təlimlərin başlıca məqsədi aztəminatlı və ya sağlamlıq imkanları məhdud olan insanların, işsizlərin sosial şəraitinin yaxşılaşdırlması sahəsində iştirakda ictimaiyyətin fəallığının artırılması, ictimaiyyət arasında sosial əhəmiyyətli problemlərin həllinə yaxından kömək göstərməkdən ibarətdir. Layihə eyni zamanda sosial, iqtisadi yardımlaşma və xeyriyyəçilik baxımdan fəal ictimai xadimlərin üzə çıxarılması, sosial problemlərin həllində xeyriyyəçilərin aktiv iştirakını gücləndirməyə, aztəminatlı insanların, işsizlərin, sağlamlıq imkanı məhdud olanların ümumən cəmiyyət həyatına inteqrasiyası prosesini sürətləndirməyə yönəlib.
Azərbaycanda xeyriyyəçilik işlərinin kökü qədimlərə söykənir. XIX-XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Hacı Zeynalabdin Tağıyev xeyriyyəçilik baxımından mükəmməl bir nümunədir. Müasir dövrümüzdə də Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyəti günümüz xeyriyyəçiləri üçün bir nümunə olmalıdr. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin aztəminatlı insanlara və sağlamlıq imkanları məhdud olanlara qayğı və yardım siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Layihədə göstərilən məqsədə çatmaq üçün aşağıdakılar vəzifə olaraq müəyyənləşdirilib:
• Sosial təminat, iqtisadi yardımlaşma, xeyriyyəçilik məsələlər ilə əlaqədar məsələlərdə adı çəkilən şəhərlərdə yaşayan ictimaiyyətin Azərbaycan Respublikası Konstitutiyasını öyrənməsini təşviq, sosial təminat, sosial xidmət və xeyriyyəçilik kimi məsələlərinin izahı və cəmiyyətin maarifləndirilməsi
• Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın dünyanın lider ölkələrindən birinə çevrilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması haqqında məlumat verilməsi
• Layihədə adı çəkilən şəhərlərdə yaşayan ictimaiyyətə sosial maarifçilik, iqtisadi yardımlaşma, xeyriyyəçilik haqqında yerli və xarici təcrübələrin çatdırılması, habelə adı çəkilən şəhərlərdə ictimai fəallığın artırılması
• Layihə çərçivəsində keçiriləcək təlimlər vasitəsilə adı çəkilən şəhərlərdə yaşayan ictimaiyyəti sosial xidmət sahələri üzrə yeni iş yerlərinin açılması, xeyriyyəçilik məsələləri haqqında məlumatlandırmaq
Təlimlərdə iştirak etmək istəyənlər “İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi” İctimai Birliyinə və onun sədri Bəxtiyar Rüstəmova müraciət edə bilərlər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info