ADA Universitetində birinci Yay Məktəbinin açılışı olub
Tarix: 13.07.2015 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


İyulun 13-də ADA Universitetinin və Avropa İttifaqının birgə təşkil etdiyi birinci Yay Məktəbinin açılışı olub. Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məktəb iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Bildirilib ki, səkkiz gün davam edəcək təlimlərə Azərbaycan, Belçika, Rumıniya, Gürcüstan, Danimarka və İtaliyanın akademik dairələrinin 20 nümayəndəsi qatılıb. Yay Məktəbinin təlimçiləri Avropa Kolleci, Avropa Parlamenti, Avropa İnstitutu və digər nüfuzlu siyasi tədqiqat mərkəzlərinin mütəxəssisləridir.
Hafiz Paşayev Yay Məktəbinin təşkilində əsas məqsədlərdən birinin də xarici iştirakçıların ADA Universiteti ilə tanış olmaları və gələcəkdə burada təhsillərini davam etdirmək istəklərinin yaranması, Azərbaycan haqqında öyrəndiklərini öz ölkələrində təbliğ etmələri olduğunu söyləyib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard çıxış edərək məktəbin iştirakçılarına uğurlar arzulayıb. Bildirib ki, Avropa İttifaqı təsisatlarını daha yaxından öyrənmək məqsədi daşıyan təlim proqramı təşkilata üzv dövlətlərin tarixi, iqtisadi və enerji siyasəti, insan hüquqları və digər mövzuları əhatə edir. Yay Məktəbi iştirakçılarının bu mövzularla bağlı bilikləri genişlənəcək, onlar biliklərinin praktiki tətbiqi yollarını öyrənəcəklər. Proqramın yekunu kimi məzunlar “Avropa İttifaqının gələcəyi” mövzusunda elmi məqalə hazırlamalıdırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkilərinin TARİXİ açıqlandı
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info