Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Tarix: 13.07.2015 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


İyulun 14-dən 31-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, milli və caz musiqisinin, ənənə və müasirliyi yaşadan incəsənətimizin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan bu il iyulun 14-dən Kannda başlayan ənənəvi “Pirotexnika sənəti festivalı”nda (Festival d`Art Pyrotechnique) iştirak edəcək. Azərbaycan bu festivalda 2013-cü ildən təmsil olunur. Builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir. Müsabiqə iyulun 14-də “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayacaq.
“Bakı Atəşfəşanlıq Qrupu”nun şousu Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası, Fikrət Əmirovun “Min bir gecə” baletindən musiqi, “Qarabağ Azərbaycan incisidir” əsəri, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi, Tofiq Quliyevin “Qaytağı” əsəri, Müslüm Maqomayevin "Azərbaycan", Ələkbər Tağıyevin “Nə gəlməz oldun” həmçinin “Azərbaycan maralı”, “Sarı gəlin” xalq mahnıları, görkəmli muğam ustası Alim Qasımovun ifasının müşayiəti ilə təqdim olunacaq. Elə həmin gecə Azərbaycanın Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov və onun ansamblının konserti keçiriləcək.
İyulun 15-də isə Kannda Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgi açılacaq. Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri-xalça eskizləri, əsasında milli xalça motivlərinin dayandığı modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim olunacaq. İyulun 16-dan ictimaiyyət üçün açıq olacaq sərgi iyulun 31-dək davam edəcək.
İyulun 15-də həmçinin Festivallar sarayında “Azərbaycan musiqi gecəsi” keçiriləcək. Konsert proqramında tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunacaq. Mədəniyyət günləri ilə əlaqədar artıq Kann şəhərində Azərbaycanı tərənnüm edən müxtəlif banerlər quraşdırılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin tarixinin, mədəniyyətinin dünyada təqdim olunması məqsədilə müxtəlif ölkələrdə layihələr reallaşdırır. Fransa və onun regionlarında bir sıra tədbirlər həyata keçirən Heydər Əliyev Fondu dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan mədəniyyəti günləri təşkil edir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Daxili İşlər naziri Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək
27.02.2020
“Developing Digital Youth Work” layihəsinin icrasına başlanılıb
27.02.2020
Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi: Həyata keçirilən tədbirlər DST-nin tövsiyələrinə uyğundur
27.02.2020
Baş Prokurorluq və DİN: Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs məhv edilib
27.02.2020
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
4 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info