Yanvar-iyun aylarında 355 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib
Tarix: 15.07.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2015-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Komitədən verilən məlumata görə, ƏMDK-nın sədri Kərəm Həsənov Prezidentin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə uğurlu sosial-iqtisadi islahatlar aparıldığını bildirib.
Qeyd olunub ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə 2015-ci il 4 may tarixli müvafiq fərman imzalanıb. Bu fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsi təsdiq edilib. Daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə edilib. Bu vəzifələrə dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili aiddir. Komitə sədri çıxışında bildirib ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi, koordinat uyğunsuzluqlarının aradan qaldırılması istiqamətində daha effektiv tədbirlərin həyata keçirilməsinə başlanıb. Qeyd edilib ki, 2015-ci ildə mobil ofis xidmətləri vasitəsilə respublika üzrə vətəndaşlardan 45 min 500 müraciət qəbul edilib. Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ümumilikdə 3 min 800-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. Müşavirədə qeyd olunub ki, 2015-ci ilin yanvar-iyun aylarında 355 kiçik dövlət müəssisə və obyekti, 222 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Ötən dövr ərzində 224 qeyri-yaşayış sahəsi və 162 torpaq sahəsi icarəyə verilib. Keçirilmiş 25 pul hərracında 14 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. Hesabat dövründə səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5 min 808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4 min 353-ü isə elektron formada təqdim olunub. Eyni zamanda, 216 səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib. 2015-ci ilin yanvar-iyun aylarında 106 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Komitə sədri, eyni zamanda, qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını verib. Torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsinə nəzarətin gücləndirilməsi, qanunsuz istifadə hallarının aradan qaldırılması, torpaq bazarının təşkili, torpaq sərhədləri ilə bağlı uyğunsuzluqların aradan qaldırılması işlərinin sürətləndirilməsi tapşırılıb. Dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi, mərzçəkmə və torpaqların monitorinqi istiqamətində tədbirlərin görülməsi barədə göstərişlər də olub. Komitə sədri həmçinin daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlarını da səsləndirib. Bildirilib ki, qeydiyyatın aparılmasında “bir pəncərə” prinsipinin tətbiqi tam təmin olunmalı, vətəndaşların müraciətləri operativ həll edilməlidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi üçün nəzarət təmin olunmalıdır. Mühafizə zonalarında torpaq sahələrindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması üzrə ardıcıl nəzarət tədbirləri həyata keçirilməlidir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Sabah hava isinəcək - 32 dərəcə
17.09.2019
Azərbaycan Radiosunda Bədii Şura yaradılıb
17.09.2019
Prezident Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17.09.2019
Özbəkistan Türk şurasına üzv oldu
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info