Noutbuk bazarının həcmi azalıb
Tarix: 15.07.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


“Digitimes Research” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin aprel-iyununda Tayvanın saziş üzrə fəaliyyət göstərən (ODM) "Quanta”, “Compal”, “Wistron”, “Pegatron” və “Inventec” istehsalçıları 31,3 milyon ədədə yaxın noutbuk buraxıblar ki, bu da ötən rübdə ümumdünya tədarük həcminin 82 faizini təşkil edir.
Yanvar-martla müqayisədə Tayvanın “ODM” şirkətlərinin tədarükü 6,6 faiz artsa da, illik ifadədə 10,1 faiz azalıb. İri istehsalçılar ümumi həcmin müvafiq olaraq 33,7 və 31,3 faizini buraxan “Quanta” və “Compal” olub.
Ekspertlərin qiymətləndirməsinə görə, ötən rübdə dünya bazarına ümumilikdə 38,32 milyon noutbuk tədarük edilib ki, bu da ötən rübün göstəricisindən 1,9 faiz çoxdur, lakin bir il əvvəlin nəticəsindən 9,4 faiz azdır.
Tayvanın “ODM” istehsalçılarının tədarük etdiyi noutbukların əksər hissəsini 15, 14 və 13 düymlü modellər təşkil edib. Onların ümumi göstəricidə payı müvafiq olaraq 44,7, 21,5 və 15,4 faizə bərabər olub. Qalan hissəni 16,12 və 12 düymdən aşağı modellər təşkil edib. Onların payı müvafiq olaraq 5,1, 3,8 və 9,4 faiz təşkil edib.
“ODM” istehsalçıların böyük müştərisi kimi "Hewlett-Packard” çıxış edib. Şirkətin sifarişi ilə noutbukların ümumi sayının 25 faizi istehsal olunub. İkinci yeri payı 17,1 faizə bərabər olan “Dell” şirkəti tutub. Sonrakı yerlərdə müvafiq olaraq 13,8, 11,3, 11,2, 10,3 və 4,5 faiz göstərici ilə “Apple”, “Lenovo”, “Asustek”, “Acer və “Toshiba” şirkətləri qərarlaşıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.11.2018
“Instagram“ tənhalıq və depressiyaya səbəb olur?
11.11.2018
Düşənbədə “Oşi palav” festivalında 10 ton plov bişirilib
03.11.2018
“Airbus” Aya səyahət üçün modul elektrik stansiyası hazırlayıb
03.11.2018
Yaponiyanın “Euglena” startap şirkəti yosunlardan bioyanacaq istehsal edəcək
03.11.2018
Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info