Metroda fotosərgi
Tarix: 15.07.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Bu gün metronun “Gənclik” stansiyasının yenicə təmirdən çıxmış keçidində “Bakı Metropoliteni” QSC-nin “Kapital Bank” ASC ilə birgə həyata keçirdiyi sosial layihənin rəsmi açılışı olub.
Açılış mərasimində “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Xose Luis Dies, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, fotoqraflar Ruslan Məmmədov, Nicat Rzayev, İlkin Kəngərli iştirak ediblər.
“Bakı Metropoliteni” QSC-nin sözçüsü N.Paşayev qeyd edib ki, yeni layihənin ideyası metropoliten rəhbərliyinə məxsusdur: “Təşkilatı işləri Metropolitenin reklam və marketinq şöbəsinin rəisi Lalə Babayeva həyata keçirib. Layihə çərçivəsində 126 müraciət əsasında 1857 foto təqdim olunub. Daha istedadlı 39 iştirakçının 92 əsəri Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilərək sərgiyə təqdim olunub”.
Fotosərgi 15 noyabr 2015-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, bu, “Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisidir. Daha öncə metronun “Nərimanov” stansiyasının təmirdən çıxmış keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
19.09.2020
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
19.09.2020
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
19.09.2020
Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək
18.09.2020
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info