“Xarici aviasiya şirkətləri Ermənistanı tərk edib”
Tarix: 17.07.2015 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Birinci İnformasiya”:“Rusiya Ermənistanın hava məkanını və limanlarını tam nəzarətə götürməyə çalışır”

Siyasi və iqtisadi cəhətdən bərbad vəziyyətdə olan Ermənistanın digər sahələri kimi, hava məkanı da öz nəzarətində deyil. İqtisadiyyatın əsasını təşkil edən müəssislər Rusiyanın nəzarəti altındadır. İndi isə məlum olur ki, işğalçı ölkənin hava məkanı, mülki aviasiya sahəsi də Rusiyanın nəzarətinə keçir.
“Birinci İnformasiya”nın bu məsələ ilə bağlı təqdim etdiyi yazıda bildirilir ki, son vaxtlara qədər Ermənistanın mülki aviasiya sahəsində xarici şirkətlər fəaliyyət göstərirdi. Amma onların böyük əksəriyyəti rentabelsiz uçuşları dayandıraraq Ermənistanı tərk ediblər. Bu gün Ermənistandan cəmi iki xarici şirkət uçuş həyata keçirir - “Ayr Fransa” və “Avstriya hava yolları”. “Çexiya hava yolları”, “Lütfhanza”, Polşanın “Lot” şirkəti, “Alİtaliya”, “Etihad” kimi şirkətlər artıq Ermənistanı tərk ediblər. “Birinci İnformasiya” yazır ki, bunun əvəzində Ermənistanın aviasiya məkanında Rusiya şirkətləri möhkəmlənirlər. “Aeroflot” törəmə şirkəti isə Ermənistanın mülki aviasiyasına nəzarət edir: “Ermənistanın strateji əhəmiyyət daşıyan sahələrindən təkcə hava məkanı Rusiyanın nəzarətində deyil. Mobil rabitə bazarına nəzarət edən “Bilayn” və “Vivasell” də ruslarındır. Ermənistanın dəmir yollarını Rusiya idarə edir. Enerji sektorunda istehsalla məşğul olan əsas şirkətlər Rusiyaya məxsusdur. “Ermənistan elektrik şəbəkəsi” də Rusiya Federasiyasının mülkiyyətidir. İndiyə qədər mülki aviasiya sahəsi Rusiyanın nəzarətində deyildi, Kreml bu “səhvini” də düzəldir.

“Ermənistanın strateji əhəmiyyət daşıyan sahələrindən təkcə hava məkanı Rusiyanın nəzarətində deyil. Mobil rabitə bazarına nəzarət edən “Bilayn” və “Vivasell” də ruslarındır. Ermənistanın dəmir yollarını Rusiya idarə edir. Enerji sektorunda istehsalla məşğul olan əsas şirkətlər Rusiyaya məxsusdur. “Ermənistan elektrik şəbəkəsi” də Rusiya Federasiyasının mülkiyyətidir. İndiyə qədər mülki aviasiya sahəsi Rusiyanın nəzarətində deyildi, Kreml bu “səhvini” də düzəldir”.

Məlumatlara görə, Rusiya Ermənistanın mülki aviasiyası və hava məkanının tam nəzarətə götürmək istəyir. “Armavia” şirkətindən sonra “Ayr Ermənistan” fəaliyyətə başladı. Amma bu şirkət də ruslarla rəqabətə dözməyərək fəaliyyətini dayandırdı. Ermənistandan uçuş həyata keçirən şirkətlər arasında Ukrayna şirkəti də var. Amma Rusiya aviaşirkətləri onlara mane olmağa başlayıb. Bu şirkət İrəvan-Kiyev-Paris aviareysini həyata keçirir. Bu aviareysə biletin qiyməti İrəvan-Paris reysindən ucuz başa gəlir. Amma turist firmalarının məlumatlarına görə son vaxtlar Rusiya bu şirkəti Ermənistan bazarından sıxışdırmağa başlayıb. Buna görə də Rusiyanın Ermənistanın aviasiya məkanını tam nəzarətə götürmək istəyinə heç bir şübhə yeri qalmır. Amma burada söhbət təkcə hava məkanından getmir, ruslar “Zvartnoç” hava limanına da nəzarət etmək istəyirlər. Aviasiya agentlikləri bildirir ki, Rusiya strateji əhəmiyyət kəsb edən bu sahəni də nəzarətinə almaq istəyir. Qeyd edilən hava limanına enən Rusiya təyyarələri başqa təyyarələrin ora enməsinə mane olmağa çalışır. Ermənistan hökuməti yanında mülki aviasiya ilə bağlı yaradılan idarənin keçmiş rəhbəri Şaqen Petrosyan bildirir ki, rəsmi İrəvan ölkənin hava məkanını “açıq qapıya” çevirib: “Burada söhbət 2013-cü ildə elan olunan açıq hava məkanından gedir. Əslində, açıq məkan belə olmur. Məsələn, Avrasiya İttifaqına üzv olan dövlətlər elan edə bilərlər ki, bir-birlərinə hava məkanını açıq edirlər. Amma Ermənistan birtərəfli şəkildə hava məkanını açıq elan edərək aviasiya bazarını “açıq qapı”ya çevirib. Biz öz aviasiyamızı məhv etmişik. Onsuz da bizim aviadaşımaçılıq sistemi yanlış menecment və oğurluqlara görə məhv olacaqdı”. Petrosyan bildirib ki, on minlərlə erməni qonşu Gürcüstana gedərək Tiflis hava limanının xidmətlərindən istifadə edir. Qeyd edilir ki, Ermənistının hava limanlarında xidmət də bərbad durumdadır. Şaqen Petrosyan Rusiyanın “Zvartnoç” hava limanını ələ keçirmək istəyinə də münasibət bildirib. Onun sözlərinə görə, indiyə qədər hava limanına argentinalı sahibkar Eduardo Ernkyan nəzarət edirdi, bundan sonra ruslar sahiblənər: “Elə sahələr var ki, oralar mütləq dövlətin nəzarətində olmalıdır. Amma Ermənistanda hər şey əksinədir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info