Ən gəlirli şirkətlərin reytinqi
Tarix: 27.07.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


"Fortune" jurnalı dünyanın 500 ən böyük şirkətinin illik reytinqini dərc edib. Reytinqdə şirkətlər ötən maliyyə ili ərzində əldə etdikləri mədaxilin həcminə görə bölünür. "Fortune Global 500" siyahısında "Apple" şirkəti 15-ci yeri tutaraq Cənubi Koreyanın "Samsung" istehsalçısından iki pillə geri qalıb.
"Samsung" il ərzində 195 milyard, "Apple" 183 milyard dollar qazanc əldə edib. Lakin reytinqdə xalis gəlirə görə ABŞ istehsalçısı həm Cənubi Koreya şirkətindən, həm də reytinqin digər iştirakçılarından xeyli yüksəkdə qərarlaşıb. 39,5 milyard dollarlıq xalis gəlirlə "Apple" 500 şirkət arasında ikinci, "Samsung" doqquzuncu yerlə (21,9 milyard dollar) kifayətlənib.
Maraqlıdır ki, "Microsoft" korporasiyası 22 milyard dollar xalis gəlir əldə etməklə "Samsung"u bir pillə geridə qoyub. Reytinqdə gəlirə görə ABŞ-ın proqram təminatı istehsalçısı 95-ci yeri tutub.
"Fortune Global 500" siyahısında lider dünyanın ən böyük pərakəndə satış şirkəti "Wal-Mart" supermarketlər şəbəkəsidir. Şirkətinin illik mədaxili 485,6 milyard, xalis gəliri 16,3 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, "Apple"ın ümumi mədaxili 39,5 milyard dollar məbləğində xalis gəlirlə 182,7 milyard dollara bərabər olub. Hesabat dövrünün yekunlarına görə "Apple"ın satışı təxminən 7 faiz artıb.
Siyahıda ikinci yerdə Çinin neft-kimya şirkəti "Sinopec Group" qərarlaşıb. Şirkət il ərzində 446,8 milyard dollar qazanıb ki, bu da 2014-cü ildən 2 faiz azdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Tədqiqatçılar Everestin hündürlüyünü yenidən ölçəcəklər
20.04.2019
Türkiyədə 1300 illik tarixi olan kitab ələ keçirilib
20.04.2019
Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb
19.04.2019
Səhvən hakimiyyətin namizədinə səs verdiyinə görə barmağını kəsdi
19.04.2019
Əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info