“The Nation”: “Avrasiyada yeni Böyük Geosiyasi Oyun başlayıb”
Tarix: 28.07.2015 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“İranla Rusiya, İran və Oman körfəzləri arasında nəqliyyat dəhlizini Xəzər dənizi və Volqaya qədər uzatmaq planı üzərində işləyir. Azərbaycan bu dəhlizin Xəzər hissəsinə qoşulacaq, Hindistan isə İranın cənub limanlarından istifadə etməklə Rusiya və Mərkəzi Asiyaya çıxış imkanlarını asanlaşdıracaq”
Birləşmiş Ştatların “The Nation” nəşri Avrasiyanın siyasi xəritəsində ciddi dəyişikliklərin baş verməsi, yeni geosiyasi vəziyyətin yaranması ilə bağlı maraqlı məqalə yayımlayıb. Müəllif Pepe Eskobar bir-birinin ardınca yaradılan BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika), Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı, Asiya İnfrastruktur İnvestisiya Bankı və BRKİS-in İnkişaf Bankına diqqət çəkərək bu birlikləri Avrasiyada yeni düzənin yaranması kimi qeyd edib.
Müəllif BRİKS və ŞƏT-in Ufada keçirilən sammitlərini xatırladaraq bu ciddi siyasi hadisənin ABŞ-ın diqqətindən kənarda qalmasını qınayıb. Ekskobar yazır ki, təxminən eyni vaxtda Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqlarla yanaşı, Ufada BRİKS-in 7-ci, ŞƏT-in 15-ci sammiti keçirilib: “Bu, Rusiya dövlət başçısı Vladimir Putinin diplomatik hiyləsi idi ki, iki sammiti Avrasiya İqtisadi İttifaqının qeyri-rəsmi görüşü ilə eyni vaxta salmışdı. Rusiya-Çin strateji əməkdaşlığının dərinləşməsi fonunda bu tədbirlər Vaşinqtonun imperiya məntiqinə qarşı yumşaq güclə müharibə elanı idi. Bu qədər dövlət başçısının eyni anda bir damın altına toplayan Moskva yeni geosiyasi strukturun formalaşmasını təqdim etdi. Burada İranın əhəmiyyəti çox artır-hər hansı bir dəyişiklik baş verməsə, İran yeni strukturda həyati vacib vasitəçi, Avrasiyada körpü rolunu oynayacaq. BRİKS-in yekun bəyannaməsini oxuyanlar orada çox diqqətçəkən bir məqamdan heyrətə gələcəklər: orada Avropa İttifaqı tərəfindən idarə olunan sərt iqtisadiyyatla bağlı bir kəlmə də olsun yazılmayıb. BRİKS ölkələri sanksiya dilinin əksinə olaraq Avrasiyaya yeni baxış təklif edirlər. Bu, sadəcə Ufada keçirilən tədbirin başgicəlləndirən nəticələrindən nümunədir. Hansı ki, bu səviyyəli tədbir ABŞ mətbuatının diqqətindən kənarda qaldı”. Müəllif yazır ki, Rusiya, Çin və Hindistan liderləri “Yeni İpək yolu” layihəsi üzərində ciddi iş aparırlar.

Pepe Eskobar: “Bir-birinin ardınca yaradılan BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı, Asiya İnfrastruktur İnvestisiya Bankı və BRKİS-in İnkişaf Bankı Avrasiyada yeni düzənin yaranması deməkdir”

Qeyd edilir ki, Çin və Hindistan aralarında olan problemlərin həlli ilə bağlı danışıqlar aparılmasına razılıq veriblər. Eyni zamanda Hindistan Çin investisiyasının ölkəyə gəlməsinə razılıq verib. BRİKS-in İnkişaf Bankı isə 50 milyard dollarla fəaliyyətə başlayıb. İnvestisiya layihələrinin maliyyələşdirəcək bu bank 400 milyard dollar kapital toplamaq iqtidarındadır. Bir müddət sonra bu bank təşkilatın sərhədindən kənarda olan ölkələrə də yerli valyuta ilə, yəni dollardan yan keçməklə investisiya yatırmağı planlayır: “Braziliya İnkişaf Bankının rəhbəri Luçiano Koutinyo bildirib ki. onlar yaxın zamanlarda Avropa İttifaqının üzvü olmayan Avropa ölkələrinə də yardım edə bilərlər. Bu artıq Böyük Avropada Brüsselin monopoliyasına son qoymaqdır”. Müəllif yazır ki, bütün bunlar Avrasiyada yeni Böyük Geosiyasi Oyunun tərkib hissəsini təşkil edir. Məqalədə qeyd edilir ki, bu oyunun əksini Vaşinqtonun müəllifi olduğu Trans-Sakit okean əməkdaşlığı, transatlantik ticarət və investisiya layihəsi təşkil edir. Bununla Vaşinqton öz qlobal iqtisadi ağalığını gücləndirmək istəyir: “Ruslar və çinlilərin fikrincə, Avrasiya magistral şəbəkə, yüksəksürətli dəmir yolları xətləri, limanlar, aeroportlar, boru kəmərləri, optik kabellərlə inteqrasiya etməlidir”. Qeyd edilir ki, Çin 2015-ci ilin ikinci rübündə 7 faizlik iqtisadi artımı bərpa edib, Rusiya isə enerji mənbələrindən olan asılılıqdan qurtulmaq üçün iqtisadiyyatını modernləşdirməyə və divesifikasiya etməyə başlayıb. Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin də yeni layihəyə qoşulması nəzərdə tutulur. İttifaqın Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela izə azad ticarət zonası yaratmaq planı artıq inteqrasiyanın Avrasiyanın sərhədindən kənara çıxması deməkdir: “Ufada Pakistan və Hindistanla əməkdaşlıq yeni səviyyəyə qaldırılıb. Nəticədə G8 ölkələrinə alternativ ortaya çıxıb. İş artıq Əfqanıstana qədər gəlib çatıb. Əfqanıstanda sabitliyə Rusiya, Hindistan, Çin investisiyaları ilə nail olmağa ümidlər çoxdur. Bununla da çoxdan gözlənilən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərini reallaşdırmaq mümkün olacaq. 2016-cı ildə İrana tətbiq edilən sanksiyalar ləğv ediləndən sonra bu ölkənin ŞƏT-ə qoşulması gözlənilir və birlik artıq G9-a çevriləcək. İranın xarici işlər naziri Rusiya mətbuatına müsahibəsində bildirib ki, Moskva bütün halda Tehranın strateji müttəfiqidir”. Məqalədə qeyd edilir ki, BRİKS ölkələri bütün Avrasiyada inteqrasiya layihələrinin həyata keçirilməsində maraqlıdır: “Buna tipik nümunə Banqladeş-Çin-Hindistan-Myanma iqtisadi dəhlizinin inkişaf etdirilmə mərhələsində olmasıdır. Hazırda Hindistanla Çin arasında çoxxətli magistral yaradılır. Eyni zamanda İranla Rusiya İran və Oman körfəzləri arasında nəqliyyat dəhlizini Xəzər dənizi və Volqaya qədər uzatmaq planı üzərində işləyir. Azərbaycan bu dəhlizin Xəzər hissəsinə qoşulacaq, Hindistan isə İranın cənub limanlarından istifadə etməklə Rusiya və Mərkəzi Asiyaya çıxış imkanlarını asanlaşdıracaq. Buraya Mumbaydan Bəndər-Abbasa, oradan da Astarxana uzanan dəniz əlaqəsini də əlavə etmək lazımdır”. Məqalədə nəhəng Avrasiya azad ticarət zonasının yaranmasından bəhs olunaraq yeni geosiyasi oyunda İrana da böyük rol düşdüyü qeyd edilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info