Kompüteri necə müdaxilədən qorumaq olar
Tarix: 29.07.2015 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


“The Guardian” nəşri yazır ki, “Google” şirkəti kompüteri müdaxilədən qorumaq üçün təhlükəsizlik üzrə ekspertlərin fikrini öyrənib.

Həmişə sistem
yeniləmələrini yükləyin

Ekspertlər ilk növbədə sistem yeniləmələrinin quraşdırılmasını tövsiyə edirlər. “Zecurion” analitik mərkəzinin direktoru Vladimir Ulyanov bildirir ki, əgər sistem vaxtında yenilənməsə, o zaman boşluqlar vasitəsilə kompüterə müdaxilə ediləcək.

Mürəkkəb parollardan
istifadə edin

“ESET Russia”nın texniki və marketinq xidmətinin direktoru Andrey Oskin bildirib ki, əksər hallarda hesablara müdaxilə və parolların oğurlanması istifadəçilərin öz günahı ucbatından (sadə parollar seçirlər) baş verir.
"Məsələn, keçirdiyimiz sorğuya əsasən, respondentlərin 16 faizi parol və “PIN” kodları kağız üzərinə yazır, 14 faizi fərdi kompüter, noutbuk və ya smartfonlarda bunun üçün qeyd yaradırlar" - deyə, Oskin qeyd edib.
Ekspert on simvol uzunluğunda mürəkkəb parollardan istifadəni tövsiyə edir. Rəqəm və xüsusi simvollar, böyük, həm də kiçik hərflərdən istifadə edin. Bundan başqa, o bildirib ki, istənilən bioqrafik informasiya (doğum tarixi və sairə), ev heyvanları, hərf və ya rəqəm ardıcıllığı, lüğət sözlərinə əsaslanan parollardan imtina etmək lazımdır.

İnternetdə sayıqlığı
əldən verməyin

“Kasperski Laboratoriyası”nın əsas antivirus eksperti Aleksandr Qostev hesab edir ki, kompüterə müdaxilədən xilas olmağın əsas üsulu internetdə iş zamanı sayıq olmaqdır. "Məsələn, kiməsə öz fərdi məlumat və ya məxfi informasiyanızı göndərərkən əmin olun ki, adresat həqiqidir" - o deyib. Qostev, həmçinin müxtəlif xidmətlər üçün eyni loqin və paroldan istifadə etməməyi tövsiyə edib, çünki bir xidmət üzrə hesab məlumatlarının oğurlanması digər xidmətlərinizi də zərbə altına qoyur.
Bütün ekspertlərin fikri belədir ki, fərdi məlumatların ələ keçirilməsi və kompüterə müdaxilənin əsas səbəblərindən biri fişinqdir. Diqqətsiz istifadəçilər populyar internet xidmətinin saxta avtorizasiya səhifəsinə daxil olaraq öz hesab məlumatlarını daxil edə bilər. Nəticədə məlumatlar kibercinayət karların verilənlər bazasına yazılır.

Hesab məlumatlarını mobil telefon
nömrəsinə bağlayın

Ekspertlər imkan daxilində profil mobil telefon nömrəsinə bağlamağı tövsiyə edirlər. Əgər sizin hesabınızı ələ keçirsələr, o zaman mobil telefon nömrəsinin köməyi ilə hesaba girişi bərpa etmək daha sadə olacaq.
Bundan başqa, bir çox xidmətlərdə telefon nömrəsinə bağlama iki addımlı avtorizasiyadan istifadəyə imkan verir: paroldan başqa, mobil telefona göndərilmiş birdəfəlik istifadə üçün “PIN” kodu daxil etmək lazım gələcək.





 
Bölməyə aid digər xəbərlər
15.12.2019
Dünya Bundan sonra qadınlarla kişilər restoranda...
15.12.2019
2019-cu ilin “Dünya gözəli” seçildi
15.12.2019
Xərçəng soyuqdəymə kimi bir xəstəlik olacaq
15.12.2019
200 il yaşamağı qarşısına məqsəd qoyan 83 yaşlı dağıstanlı
15.12.2019
Kanadada dünyada ilk dəfə elektriklə işləyən təyyarə uçuş edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info