İtaliyalı mütəxəssisin Bakı klubunda hədəfləri
Tarix: 29.07.2015 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Türkiyə, İtaliya, Polşa və Rusiyada çempionat çox yüksəkdi və bu səbəbdən yaxşı komandalar formalaşdırıblar. Bu onların Çempionlar Liqasında da inamlı çıxışına əlavə stimul verəcək”. Məlumata görə, bunu “Lokomotiv”in yeni baş məşqçisi Fransua Salvaqni deyib. İtaliya mütəxəssis Bakı klubuna keçidinə münasibət bildirib.
Onun sözlərinə görə, Əlcəzair yığmasında da işini davam etdirəcək və hər 2 komandanın uğurlu çıxışı üçün əlindən gələni edəcək: “Əlcəzair millisi ilə iyunda Afrika çempionatının gümüş medalını qazandıq. Bizi avqustda Yaponiyada keçiriləcək dünya çempionatının seçmə oyunları və Qran-pri turniri gözləyir. Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. “Lokomotiv”də də güclü komanda formalaşdırmağı planlaşdırırıq. Əsas məqsəd rəqiblərimizə qarşı inamlı oynamaq və çıxış edəcəyimiz yarışda ölkəni layiqincə təmsil etməkdi. Yerli yarışda inamlı çıxış hədəfləyəcəyik. Həmçinin, Çempionlar Liqasında bacardıqca irəli gedəcəyik”.
Salvaqni komandanın təlim-məşq toplanışının da vaxtını açıqlayıb. O bildirib ki, oktyabrın 3-10-da Boloniyada hazırlıq keçəcəklər və İtaliyanın ən güclü klubları ilə yoxlama matçında güclərini yoxlayacaqlar.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Barselona“dan darmadağın
29.11.2020
“Barselona” bu müdafiəçini istəyir
29.11.2020
“Atletiko” və “Sevilya”ya 1 qol bəs edib, “Real” evdə uduzub
28.11.2020
“Barselona” futbolçuları ilə razılığa gəldi
26.11.2020
Gimnastlarımız Kiyevdə Avropa Çempionatının finalına çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info