Yaşınızdan gənc görünməyin 5 yolu
Tarix: 29.07.2015 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


İllər ötdükcə hər kəsin yaşlanmaq, cazibədarlığını itirmək qorxusu bir az da çoxalır. Qocalmanın təsirini gecikdirmək üçün xanımlar bahalı kremlər alır, zərdablardan və ya müxtəlif serumlardan istifadə edirlər. Amma yaşlılıq əlamətlərini həm makiyajla, həm də saç düzümü ilə gizlətmək mümkündür. Milli.Az publika.az-a istinadən yaşınızdan gənc görünməyin 5 yolunu təqdim edir:

At quyruğu
At quyruğu saç modeli qadını olduğundan gənc göstərmək kimi sehrli gücə malikdir. Saçlar tarım və möhkəm yığıldığı zaman göz kənarındakı xırda qırışlar azalır, gözlər daha yuxarıda görünür. Üz xətlərini dəyişdirən at quyruğu modeli bu ilin ən dəbli saç modellərindəndir. Yay aylarında istidən boğulanda, yaxud hovuza və ya dənizə girəndə bu əlverişli saç düzümünü yığmaq təklif olunur. Həm mövcud problemi həll edəcək, həm də gənc görünəcəksiniz.

Kontur üsulu ilə üzdəki qüsurları gizlədin
Aydınlaşdırıcı istifadə edərək üzünüzdə önə çıxarmaq istədiyiniz bölgələri vurğulayın. Bunun üçün almacıq sümüklərinə barmaq və ya düz bir fırça köməyi ilə konsiler çəkin. Bu zaman yanaqlar daha yuxarıda görünəcək. Eyni məhsulu göz kənarlarına da çəkdikdə gözlər daha parlaq və böyük görünəcək.

Gur qaşlar
Yaşlandıqca qaşlar da tökülməyə və seyrəlməyə başlayır. Seyrək qaşlar isə xanımları olduğundan daha yaşlı göstərir. Bunun üçün qaşları qaş qələmi və ya qaş kölgəsi ilə doldurun. Qaş rənginə görə aldığınız kölgəni incə fırça köməyilə qaşlara çəkin. Əgər qaşlarınız çox nazikdirsə, qaş qələmi ilə xətt çəkib içini qaş kölgəsi ilə doldurmalısınız. Bu şəkildə qaşlar daha gur və qalın görünəcək.

Parlaq dodaqlar
Parıltılı dodaq boyaları, balzam dodaqları nəmləndirir. Həm də sizi olduğunuzdan daha gənc və müasir göstərəcək.

Təravətli və parlaq dəri
Parıltılı dəri qadınları çox gənc göstərir. Bu məsələdə parlaq və nəmli tonal kremlər kömək edə bilər. Onlar sizi bir neçə yaş cavan göstərir. Tonal kremin üstündən çəkilən parıltılı pudra isə maksimum effekt verəcək.
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Xərçəng xəstəliyini 5 il əvvəldən xəbər verən əlamətlər
16.11.2019
Avropa Uroloji Dərnəyinin üzvü: Azərbaycanda uroonkologiya sahəsində çatışmazlığın olduğunu demək olmaz
16.11.2019
Milli Onkologiya Mərkəzinin direktor müavini: Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb
15.11.2019
Xərçəngi yox edən yeni üsul tapılıb
14.11.2019
Böyrəklərin fəaliyyətini qorumaq üçün nələrə diqqət etməliyik?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info