Türkiyə antiterror əməliyyatlarını davam etdirir (Yenilənib)
Tarix: 29.07.2015 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Əhməd Davudoğlu: “Türkiyə 3 yox, 33 terror təşkilatı ilə də mübarizə aparmağa qadirdir”
Son zamanlar dünyanın gözü qardaş ölkəyə-Türkiyəyə yönəlib. Türkiyənin PKK və “İŞİD”-ə qarşı əməliyyata başlamasından sonra terror təşkilatları ölkənin müxtəlif yerlərində hadisələr törədir. Bu ölkə terrorla aktiv mübarizə mərhələsinə keçsə də bunun bəzi arzuolunmaz nəticələri də olur. Belə ki, terrorçular türk ordusunun keçirdiyi antiterror əməliyyatlarına cavab olaraq artıq tez-tez xain hücumlar da təşkil edirlər. Bu, son günlərdə bir neçə hərbçi və jandarmanın itkisi ilə nəticələnir. Buna misal olaraq daha bir hərbi qulluqçunun terrorçuların silahlı hücumuna məruz qalmasını göstərmək olar. “Hürriyət” qəzetinin verdiyi məlumata görə, baş çavuş Nazim Altın işə gedərkən güllələnib.
Hadisə Ərzurum vilayətinin Xorasan mahalında baş verib. “Üçyol” deyilən ərazidə avtomobili xarab olan hərbi qulluqçu maşından düşən kimi başqa bir avtomobildən ona atəş açılıb. Yaralanan hərbçi Xorasan Dövlət Xəstəxanasına çatdırılıb. Ərazidə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başlayıb.
PKK terror təşkilatının Ağrı vilayətinin Doğu Bəyazid rayonunda raket hücumu nəticəsində isə iki hərbçi ağır yaralanıb. Onlardan birinin həyatına təhlükə olduğu bildirilir.
Xatırladaq ki, iki gün öncə də bir türk hərbçi terrorçuların silahlı hücumuna məruz qalıb. Başından ağır yara alan hərbçi xəstəxanada dünyasını dəyişib.
PKK isə “durmaq” bilmir. PKK silahlıları Türkiyədə İraqla sərhəddə yerləşən Şırnak vilayətinin ərazisindən keçən Kərkük-Yumurtalıq neft kəmərini partladıblar. Məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Onun sözlərinə görə, boru kəməri partladılandan sonra İraqdan Türkiyəyə neft nəqli dayandırılıb.
Bütün bunlara baxmayaraq, Türkiyə artıq PKK-nı da xeyli sıxışdıra bilib. Dövlət ciddi tədbirlər görür. Belə ki, artıq Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 200 PKK döyüşçüsünü məhv edib. “Milliyet” qəzeti yazır ki, hava zərbələri PKK-nın İraqın şimalında yerləşən Zap, Hare, Mətin, Avşin və Qəndil mövqelərinə endirilib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu da artıq antiterror əməliyyatları ilə bağlı açıqlama verərək sərt danışıb. O deyib: “7 iyundan bu günə kimi Türkiyədə 657 terror hadisəsi törədilib. “İŞİD”, PKK və DHKP-C eyni vaxtda hücumlara başlayıb. Bizim 3 yox, 33 terror təşkilatı ilə də mübarizə aparmağa qüdrətimiz çatır”.
Baş nazir PKK, “İŞİD” və DHKP-C üçlüyünün əsas hədəfinin Türkiyə dövləti olduğunu bildirib: “Bu hücumların birinci hədəfi Türkiyə Cümhuriyyəti dövlətidir, demokratiyadır, insan haqlarıdır. Hücumların ikinci hədəfi ictimai sabitlik, üçüncü hədəf isə Türkiyənin beynəlxalq etibarıdır. Türkiyə PKK və “İŞİD” terrorçularına qarşı hərbi əməliyyatları davam etdirəcək, Ankara bu terror təşkilatları ilə qətiyyətli mübarizəyə köklənib”. O bildirib ki, terrorçular parlament seçkilərindən sonra Türkiyə hökumətinin zəifləyəcəyini düşünsələr də, yanılıblar: “Türkiyə hökuməti terrorçuların istənilən təxribatına cavab vermək iqtidarındadır. Vətəndaşların təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir”.
İraq isə Türkiyənin son zamanlarda antiterror əməliyyatlarına reaksiya verərək narazılığını bildirib. İraqın baş naziri Heydər Əl-Abadi Türkiyə HHQ tərəfindən ölkənin şimalında hərbi əməliyyatların aparılmasına qarşı çıxış edib. Bu barədə İraqın Nazirlər Kabinetinin bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, İraq və Türkiyə qardaş ölkələrdir, ancaq Türkiyə İraqın müstəqilliyinə hörmət etməlidir.
Bu arada qeyd edək ki, hazırda həssas dönəmdə olan Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahın rəisi Necdet Özel iyul ayının sonunda vəzifəsini tərk edəcək. Bu barədə "Kanal7" telekanalı məlumat verib. Daha əvvəl N.Özelin avqustun sonunda vəzifəsini tərk edəcəyi gözlənilirdi. İstefaya səbəb kimi onun səhhətində problemlərin olması göstərilirdi. N.Özel 2011-ci il avqustun 4-də Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib.
Telekanalın məlumatına əsasən, Quru Qoşunları komandanı 63 yaşlı general Hulusi Akar Baş Qərargahın rəisi təyin edilə bilər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Səudiyyə Ərəbistanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.11.2019
Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15.11.2019
Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Allahşükür Paşazadə: Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info