Müsabiqədə qalib gələn jurnalistlər mükafatlandırılıb
Tarix: 30.07.2015 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Dünən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən "Sheraton" Hoteldə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş
tədbir keçirilib.

Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev, I vitse-prezidenti Sabir İlyasov, ölkədə fəaliyyət göstərən qəzetlərin baş redaktorları və müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev Milli Mətbuatın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Daha sonra E. Hacıyev AZAL-ın nailiyyətlərindən söz açıb. E.Hacıyev AZAL-ın sərnişindaşımada ən son model hava gəmilərindən istifadə etdiyini söyləyib: "Hava gəmilərimiz azərbaycanlı gənclərimiz tərəfindən idarə olunur. 20 il ərzində Azərbaycanın mülki aviasiyası şərəfli yol keçib. Fəxr hissi ilə qeyd etməliyik ki, AZAL "4 Ulduz” aviaşirkətlər sırasına daxil olub. MDB-də səviyyəsinə görə AZAL kimi 2-ci aviaşirkət yoxdur. Professional yoldaşlarımız bizə həsəd aparır”.
Sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqənin məqsədi Azərbaycan mülki aviasiyasının inkişaf mərhələlərinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq olub. İyunun 19-dan başlayan müsabiqə iyul ayının 15-dək davam edib. Bu müddətdə müsabiqəyə 50 yazı təqdim olunub və onlardan 16-sı qalib olub: "Respublikamızda milli mətbuatın 140 illiyi münasibətilə yubiley tədbirləri kecirilir. O tədbirlərdən birinə də, bu gün yıgışmışıq. İyun ayının 19-da KİVDF AZAL-la birgə "Azərbaycan Mülki Aviasiyası - keçmişi, bu günü və gələcəyi" mövzusunda müsabiqə elan etmişdi. KİVDF mütəmadi olaraq dövlət qurumları, nazirliklər, icra hakimiyyətləri ilə belə müsabiqələr keçirir. Bu müsabiqələrin keçirilməsinin məqsədi həmin sahə üzrə jurnalistlərin peşəkarlığını daha da artırmaq, onların əməyini stimullaşdırmaqdır. Bu müsabiqə AZAL-la Fondun ilk əməkdaşlığıdır. İnanıram ki, bu müsabiqə AZAL-la mətbuat arasında əlaqələrin yaranmasına, əməkdaşlığın daha da inkişafına təkan verəcək. Əminəm ki, bu əlaqələr AZAL-ın mətbuat xidmətinə Paşa Kəsəmənskinin təyinatı ilə daha da güclənəcək. Biz artıq Paşa Kəsəmənskinin bu sahəyə təyinatından sonra mətbuatla əlaqələrin yarandığını görürük. Son illər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində böyük inkişaf var. Sadəcə görülən işlər ictimaiyyətə çatdırılmırdı. Mətbuatla nə qədər sıx əlaqə olsa, insanlar da görülən işlərdən xəbərdar olar, əgər hər hansı problem varsa, bu da rəhbərliyə çatdırılaraq qısa zamanda öz həllini tapar".
V.Səfərli Fondun AZAL-la birgə keçirdiyi müsabiqəyə 31 KİV-in qatıldığını söyləyib. Sonda müsabiqədə qalib gələn jurnalistlər mükafatlandırılıb.
Qeyd edək ki, “Palitra” qəzetinin əməkdaşı da mükafat alanlar sırasındadır.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək
25.11.2020
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
25.11.2020
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
24.11.2020
Azərbaycanda virusa görə iş saatı azaldılır?
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info