Azərbaycan Turizm Assosiasiyası turizm obyektlərində qiymətlərlə bağlı araşdırma aparacaq
Tarix: 30.07.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Assosiasiyası (AzTA) yaxın zamanlarda bölgələrimizdəki turizm obyektlərində qiymət siyasəti ilə bağlı araşdırmalar aparacaq. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, monitorinqlər üç və dörd ulduzlu hotellərlə yanaşı, resort hotellər və istirahət mərkəzlərini də əhatə edəcək. Monitorinq zamanı həmin obyektlərin qiymət siyasətinin onun xidmət səviyyəsinə, eyni zamanda, hotellərin ulduz dərəcələrinə uyğunluğu da öyrəniləcək. Monitorinqlərin nəticələri əsasında həmin obyektlərin sahibkarlarına müəyyən tövsiyələr veriləcək.
M.Ağakərimov deyib ki, turizm xidmətləri sahəsində qiymət siyasətinin dəyişdirilməsi məqsədilə artıq AzTA tərəfindən Bakıda 60-dan çox hoteldə monitorinqlər həyata keçirilib: "Monitorinqlərin nəticəsində müəyyən olunub ki, Bakıda üç və dörd ulduzlu 25-30 hotel artıq qiymətlərini 15-30 faiz endirib. Bakıdakı digər hotellər də qiymət siyasətlərinə baxırlar".
Assosiasiya rəsmisi bildirib ki, endirimlərdən sonra hotellərdə otaq nömrələrinin qiymətləri onların təsnifatına uyğun olaraq, bir nəfər üçün 40-60 manat arasında dəyişir.
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda, xüsusilə, bölgələrdə hotellərin qiymətinin baha olduğunu deyib: "İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Hazırda Bakıda hotellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan hotellərin qiymətləri bahadır. Bölgələrdə, rayon yerlərində elə qiymətlər qoyurlar ki, heç adam oraya getmək istəmir".




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
4 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
5 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info