Sahibkarlar yerli istehsalı inkişaf etdirməlidirlər
Tarix: 30.07.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Bakı Baş Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov ölkədə sahibkarlıq sahəsində işgüzar mühitin yaranmasının bütün dövlət orqanları, o cümlədən Dövlət Gömrük Komitəsi qarşısında da əsas məsələ kimi qoyulduğunu bildirib.
“Bizim planlardan irəli gələn, gömrük orqanlarının əsas vəzifələrindən biri məhz sahibkarlıq işinə dəstək verilməsidir. Son dövrlər iqtisadiyyatda bir sıra yeni hallar nəzərə çarpır. Bizim idxalın həcmi azalıb. Bu da onunla əlaqədardır ki, Azərbaycanda yerli istehsal gücləndirilib. Yerli istehsalının inkişafı üçün bütün lazım olan alətlər tətbiq olunur, istehsal obyektləri tikilir, sənaye obyektləri təsis olunur, bunun nəticəsində də bizim idxala olan tələbatımız azalma istiqamətində gedir. Eyni zamanda, bunun əvəzində ixrac potensialımız getdikcə artır”, - deyə sədr müavini bildirib.

Ş.Bağırov Azərbaycanda biznesə əlavə imkanlar yaradılmasının vacibliyini qeyd edib. “İdxalın inkişafı, idxalın çeşidinin genişlənməsi, idxalın daha yaxşı məhsullarla əvəz edilməsi və ölkəyə gətirilməsi və gömrük rəsmiləşdirilməsi prosesinin tez bir zamanda aparılması, biznes mühiti üçün normal xidmət şəraitinin yaradılması istiqamətində tərəfimizdən tədbirlər planı hazırlanıb. Biznesin inkişafına yardım göstərməli, ölkədə iqtisadi potensialın gücləndirilməsi üçün əlavə zəruri tədbirlər həyata keçirməliyik”, - deyə Ş.Bağırov bildirib. Sədr müavini qeyd edib ki, gömrük orqanları idxal potensialının, məhsulların çeşidinin artması, keyfiyyətin daha da yaxşılaşdırılması üçün də lazımi addımlar atmalıdır. Tədbirdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov bildirib ki, Azərbaycan Prezidentinin 28 sentyabr 2002-ci ildə imzaladığı “Sahibkarlığın inkişafına mane olan müdaxilənin qarşısının alınması” ilə bağlı fərmanı gömrük orqanları qarşısında mühüm vəzifələr qoyub: “Məlum fərmandan sonrakı dövr ərzində sahibkarlığın inkişafı ilə bağlı görülən işlərin xeyli artmasına baxmayaraq, bu sahədə mövcud olan problemlər gömrük orqanları tərəfindən mərhələli sürətdə aradan qaldırılıb, sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması üçün gömrük orqanları ilə ölkədə fəaliyyət göstərən yerli və xarici sahibkarların qarşılıqlı əlaqələri gücləndirilib, onların fəaliyyətinə gömrük orqanları tərəfindən yersiz müdaxilələrin və əsassız yoxlamaların qarşısı alınıb, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə məşğul olan şəxslərə qarşı mübarizə gücləndirilib, haqlı rəqabətin formalaşdırılmasına mənfi təsir edən amillər və ümumiyyətlə, iş adamlarının haqlı narazılıqlarına səbəb olan maneələr tamamilə aradan qaldırılıb. Baş verən müsbət dəyişikliklər son nəticədə gömrük orqanlarının qarşısında qoyulan əsas vəzifələrdən ən vacibi hesab edilən gömrük vergi və rüsumlarının yığılmasına müsbət təsir göstərməklə yanaşı, dövlət büdcəsinin mədaxil hissəsinin formalaşdırılmasına birbaşa təsir göstərib”. V.Novruzov ötən dövr ərzində gömrük işi sahəsində aparılan ardıcıl islahatların gömrük xidmətinin yüksəlməsində və gömrük əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini əlavə edib: “Azərbaycan Prezidenti tərəfindən 26 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında fərman imzalanıb. Fərmanın imzalanması ilə əlaqədar olaraq Bakı Baş Gömrük İdarəsində qanunvericiliklə müəyyən edilən bütün gömrük ödənişlərinin yalnız bank və plastik kart vasitəsilə alınmasının təmin edilməsi məqsədilə müxtəlif banklara aid 14 POS terminal quraşdırılıb. Həmin tarixdən etibarən nağd ödənişlərə birdəfəlik son qoyulub, şəffaflıq təmin edilib. Bundan başqa, baş idarə göstərilən gömrük xidmətlərinin operativliyini və şəffaflığını artırmaq məqsədilə müraciət edən xarici iqtisadi fəaliyyət iştirakçılarının qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi tətbiq edib, sahibkar-idarə rəisi arasında əlaqə yaradılması üçün birbaşa rabitə xətti quraşdırılıb". V.Novruzov qeyd edib ki, mülkiyyət hüququndan və tabeliyindən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər heç bir maneə olmadan vergi və rüsum ödəməkdən azad olunmaqla yalnız gömrük rəsmiləşdirilməsi haqqı ödəməklə daxildə istehsal olunan mal və məhsulların sərbəst şəkildə xarici ölkələrə ixrac edə bilərlər: "Bununla da, ixrac əməliyyatlarının sayı və çeşidi çoxalır ki, bu da Azərbaycan Prezidentinin önəmli hesab etdiyi məsələlərdən biridir. Respublikanın ixrac potensialının inkişafı da sürətləndirilir, xarici valyuta axını artır, bu da öz növbəsində ÜDM-in artmasına səbəb olur”. İdarə sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin iqtisadi sahədə apardığı islahatların ən önəmlisi neft sektorundan asılılığının aradan qaldırılmasıdır: “Bunun üçün daxili istehsal inkişaf etdirilməlidir. Daxili istehsalın bir çox növlərinin xaricdən istehsal olunan xammal hesabına formalaşdığını nəzərə alsaq, bu sahədə sizlərlə qanuna müvafiq şəkildə əməkdaşlıq etməyə hazırıq. Məqsədimiz yerli istehsal hesabına ixrac potensialının gücləndirilməsinə kömək göstərməklə yanaşı, öz töhfəmizi verməkdir”. Bəzən sahibkarlarla gömrük əməkdaşları arasında narazılıqların yarandığını bildirən idarə sədri belə halların yükün rəsmiləşdirilməsi, eləcə də yükün gömrük nəzarət altında boşalması prosesi zamanı baş verdiyini dilə gətirib: "Mən üzümü sahibkarla tutub deyirəm ki, bu formada narazılıqların aradan qaldırılması üçün sahibi olduğunuz müəssisələrdə gömrük qanunvericiliyinə uyğun olaraq gömrük təmsilçisi xidmətinin istifadəsindən yararlanın. Bu xidmətdən istifadə etməklə ortada gəzən “ara adamlar”ından azad olmaqla yanaşı, şəffaflıq tələblərinə riayət olunar ki, bu da son nəticədə həm sahibkarlıq, həm də gömrük orqanları üçün qənaətbəxş hesab edilər. Bəzi sahibkarlar idxal etdikləri məhsulları gömrük rəsmiləşdirilməsini tanımadıqları kənar şəxslərə həvalə edirlər. Apardığımız müşahidələr və keçdiyimiz təcrübə deməyə əsas verir ki, gömrük rəsmiləşdirilməsi prosedurunu özü aparmayan sahibkar son nəticədə əlavə təsdiq olunmayan xərclərlə üzləşir. Bu da yekunda malın maya dəyərinin bahalaşmasına səbəb olur. Odur ki, ortada olan işbazlardan uzaq olun. Bu, bizim ümumi işimizin xeyrinədir”. Daha sonra sahibkarları maraqlandıran məsələlər müzakirə olunub.
Rövşən




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15.11.2019
Müxalifətin “miqrant alveri“ cəmiyyət qarşısında ifşa edildi
15.11.2019
Türkiyə HHQ İraqın şimalında 6 PKK terrorçusunu məhv edib
15.11.2019
“Facebook Messenger“in işində qüsurlar yaranıb
15.11.2019
Azərbaycan Prezidenti İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info