Azərbaycan tatarları Bakıda Sabantuy bayramını qeyd ediblər
Tarix: 30.07.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Bakının Suraxanı qəsəbəsindəki Heydər Əliyev adına parkda tatarların milli Sabantuy bayramı qeyd edilib. Bu barədə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən məlumat verilib.Bayram tədbiri fəxri qonaqların Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyması ilə başlayıb. Sonra Azərbaycan və tatar xalqlarının dostluq və qardaşlığının rəmzi olan ağaclar əkilib.
Bayramın təntənəli açılış mərasimi Azərbaycan, Rusiya və Tatarıstan himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra tatar diasporunun fəallarının milli geyimlərdə paradı keçirilib. Paradın gənc iştirakçıları respublikada yaşayan xalqların milli rəqslərini nümayiş etdiriblər.
Tatarıstan Nazirlər Kabinetinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin rəisi Albina Şaveleyeva Tatarıstan prezidenti Rüstəm Minnixanovun adından qonaqları Sabantuy bayramı münasibəti ilə təbrik edib. Həmçinin Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Oleq Muraşev, Suraxanı rayon icra başçısının müavini Sevinc Hüseynova, Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov və digər fəxri qonaqlar iştirakçıları bayram münasibəti ilə təbrik ediblər. Daha sonra qonaqlara «Yaşlek» Azərbaycan Tatar Gəncləri Mərkəzi tərəfindən təşkil edilmiş bayram konserti təqdim edilib. Tatarıstan Respublikasının tanınmış müğənniləri İlsaf və Dila Niqmatullinanın çıxışı bayram iştirakçıları üçün xoş sürpriz olub. Onlar qonaqları məşhur tatar musiqiləri ilə sevindiriblər.
Həmçinin qonaqları bakılı opera müğənnisi, beynəlxalq müsabiqələr laureatı, Sankt-Peterburqun Mariinsk teatrının solisti Timur Abdikeyevin çıxışı da məmnun edib. Peşəkar kəndirbazların çıxışı böyük maraqla qarşılanıb. Sabantuy bayramının ayrılmaz hissəsi olan müxtəlif müsabiqələr də iştirakçılara güc və bacarıqlarını nümayiş etdirmək imkanı verib. Bu müsabiqələrə kisələrə girərək qaçmaq, şüvül dartma, çiyin ağaclarına keçirilimiş su dolu vedrələrlə qaçış və digər oyunlar daxil idi. Ən yaxşı tatar gəlin yarışmasında gənc tatar qızlar öz bacarıqlarını nümayiş etdiriblər. Milli tatar güləş növü olan koreşdə pəhləvanlar qüvvələrini sınayıblar. Bayramın ən yaxşı pəhləvanına mükafat olaraq qoyun hədiyyə edilib.
Həmçinin tədbir iştirakçıları tatar mətbəxinin ləziz nümunələrinin dadına baxıblar. Hər kəs qonaqpərvər Azərbaycan torpağında əsl Sabantuy bayramının əhvali-ruhiyyəsini hiss edib.
Tədbirin təşkilatçıları “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi və Dünya Tatarlar Konqresi, Tatarıstanın Mədəniyyət Nazirliyi və Azərbaycandakı daimi nümayəndəliyi olub.
Rasim




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Müsavatın iç üzü Avropa gündəmində
17.11.2019
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17.11.2019
Azərbaycan və Litva münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir
16.11.2019
Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
16.11.2019
Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info