Dənizçilərə mükafatları təqdim edilib
Tarix: 30.07.2015 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Dövlətimizin başçısı İlham Əliyevin dənizçilərin peşə bayramı ərəfəsində imzaladığı Sərəncamlarla dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səkkiz işçisi “Tərəqqi” medalı ilə təltif edilib, bir nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Bu münasibətlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mükafatların təqdim olunması mərasimi keçirilib.
QSC-dən bildirilib ki, mükafatlara layiq görülən əməkdaşları təbrik edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev dövlətimizin başçısının müvafiq Sərəncamlarını bütün kollektivin əməyinə verilən böyük qiymət kimi dəyərləndirib.
R.Vəliyev QSC yaranandan sonra kollektivin həyatında yaddaqalan günlərin az olmadığını, Prezident İlham Əliyevin “Dənizçi günü” peşə bayramının təsis edilməsi, dəniz nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi, Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektorun təyin olunması haqqında sərəncamlarının sevincini birgə yaşadıqlarını bildirib.
Azərbaycanda dəniz nəqliyyatının inkişafına böyük əhəmiyyət verildiyini vurğulayan R.Vəliyev bu sahədə həyata keçirilən islahatlardan və reallaşdırılan layihələrdən də danışıb.
Sonra dəniz nəqliyyatının inkişafında xidmətlərinə və əməkdə fərqləndiklərinə görə Gəmiçiliyin bir qrup işçisinə “Tərəqqi” medalı, “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri fərmanlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
“Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”
05.12.2020
“Naxçıvanla Azərbaycan arasında dəmiryolunun bərpasından ən çox faydalanan Qars olacaq“
05.12.2020
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
05.12.2020
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
05.12.2020
Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info