“Qaçqınlarımız Dövlət Departamentinin “dərin narahatlığı” sırasında heç vaxt yer almır”
Tarix: 30.07.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanla əlaqədar açıqlamasını şərh edib. H. Hacıyev bildirib ki, ABŞ Dövlət Departamentinin regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsi kimi kobud insan hüquqları pozuntularını görməməzliyə vuraraq, konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə, Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir.
"Demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyil.
Qəribədir ki, Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi pozulması ABŞ Dövlət Departamentinin “dərin narahatlığı” sırasında heç vaxt yer almır.
ABŞ-ın insan hüquqları üzrə universal bəyannamədən irəli gələn və beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə məhəl qoymayaraq, bütün ölkəni bürümüş polis zorakılığı və sistematik irqi ayrı-seçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur", - deyə H. Hacıyev qeyd edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Mətbuat İdarəsi Azərbaycanda sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalistlərin və fəalların həbslərindən dərin narahatlıq keçirdiyini bəyan edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi
12.11.2019
Leyla Əliyeva “Bizim həyət“ layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
09.11.2019
İnsanlar hansı yaşda işdən getməlidir?
09.11.2019
Vilayət Eyvazov paytaxt sakinlərini qəbul edib
09.11.2019
Nazirlər Kabineti sürücülük vəsiqələrinə dəyişiklik etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info