Havanı çirkləndirən sürücülər cəzalandırılacaq
Tarix: 30.07.2015 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin yerli qurumları ilə birlikdə hər il olduğu kimi bu il avqust ayında respublika ərazisində “Təmiz hava” tədbirləri həyata keçirəcək.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, əsas məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barədə inzibati qaydada tədbirlərin görülməsidir.
Ekologiya aylığı çərçivəsində ETSN və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Bakı şəhərində havanın mühafizəsi haqqında qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə nəqliyyat və avtonəqliyyat vasitələrində yoxlamalar aparacaqlar.
Yoxlamaya cəlb olunmuş avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarının artıq olduğu aşkar edilərsə, bu avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbirlər görüləcək. Bundan başqa, “Təmiz hava” aylığı tədbirləri çərçivəsində ETSN əməkdaşları tərəfindən müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Prezident: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13.11.2019
Misir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
13.11.2019
“Dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”
13.11.2019
Havanın temperaturu enəcək, yağış yağacaq
13.11.2019
Cəbhədən yeni xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info