“Qəbələ festivalı yüksək səviyyədə təşkil olunub”
Tarix: 30.07.2015 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“Gözəl məkan, gözəl insanlar və əla musiqi – bütün bu amillər Qəbələdə keçirilən beynəlxalq musiqi festivalında harmoniya təşkil edir. Mən növbəti dəfə burada iştirakımdan çox məmnunam. Qəbələ VII Beynəlxalq Musiqi Festivalı yüksək səviyyədə təşkil olunub. Bu festivalla bağlı təəssüratlarımız zəngindir. Hər şey ifaçıların və tamaşaçıların zövqünə uyğundur. Ümid edirəm ki, bu musiqi bayramı hələ uzun illər davam edəcək və dünyanın diqqətini Qəbələyə hər il daha çox yönəldəcək”
. Bu sözləri bir çox beynəlxalq müsabiqələrin qalibi, Stokholmda keçirilən İsveç Kral Festivalının və “Ermitaj” solistlər ansamblının bədii rəhbəri olan dünya şöhrətli rusiyalı pianoçu Aleksandr Qindin deyib. O, ikinci dəfədir Azərbaycanın bu böyük musiqi bayramında iştirak etdiyinə görə çox şad olduğunu bildirib: “Bu bayram özündə dünyanın dörd bir yanından olan tanınmış musiqiçiləri birləşdirir. Festivalın proqramı olduqca zəngindir. Yerli və xarici tamaşaçılar konsertlərdən böyük zövq alırlar. Hər il müxtəlif orkestrlər festivala qatılır. İstirahət etmək üçün bura gələn insanların səsləndirdiyim musiqi əsərlərini ayaqüstə alqışlamaları mənim üçün xoşbəxtlikdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
05.12.2019
Daşkənddə Nəsimiyə həsr olunmuş növbəti tədbir: “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm”
05.12.2019
“Bu yaşımda, sağ olsun ki, məni dəyərləndirib, qonağım oldu”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
5 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info