Uşaqlar kompüter, smartfondan yarım saatdan artıq istifadə etməməlidir
Tarix: 30.07.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“The Daily Mail” xəbər verir ki, elm adamları valideynlərə uşaqların kompüter vərdişləri ilə bağlı ciddi xəbərdarlıq edir. Tədqiqatçıların qənaətinə görə, uşaqlar gün ərzində kompüter, planşet və smartfonlardan 30 dəqiqədən artıq istifadə etməməlidir. Əks təqdirdə valideynlər bilməlidir ki, azyaşlı uşaqlar başını elektron cihazlarla yarım saatdan çox qatarsa, onlar 10-15 il sonra kəskin xroniki xəstəlikdən, osteoxondrozdan əziyyət çəkəcəklər.
Araşdırmalar göstərir ki, bura ilk növbədə fəqərə sütunu, bel, boyun və baş ağrıları daxildir. Uşaqlar 30 dəqiqədən sonra yerindən qalxmalı, hərəkət etməli və həmin gün elektron avadanlıqlardan uzaq durmalıdır. Mütəxəssislərin fikrincə, kompüter, planşet və smartfonlardan vaxtsız istifadə azyaşlılarda görmə qabiliyyətinin də pozulmasına gətirib çıxarır. Birinci sinif şagirdləri arasında hər 10 nəfərdən biri göz zəifliyindən əziyyət çəkir. Əvvəlki illərlə müqayisədə hazırda məktəbə gedən eynəkli şagirdlərin sayı 10 faiz təşkil edir. Bu isə azyaşlı uşaqlar arasında göz xəstəliyinin artmasından xəbər verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
23.11.2020
Yeni tədris ilinin rezidentləri Mərkəzi Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar
22.11.2020
Bu içki koronavirusa qarşı təsirlidir
20.11.2020
Biz bu qış COVİD-19-a qarşı peyvəndi əldə edə bilməyəcəyik - Baş infeksionist
19.11.2020
Siqaret çəkənlərin “Covid-19“ infeksiyasından müalicə prosesi daha çətin keçir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info