“Alibaba Group” dünya “bulud” biznesinə 1 milyard dollar yatıracaq
Tarix: 30.07.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Çinin “Alibaba Group” şirkəti “bulud” texnologiyaları üzrə ixtisaslaşan “Aliyun” xidmətinə 1 milyard dollar yatırmaqla bağlı planlarını açıqlayıb. “Alibaba Group” həmçinin, ABŞ-ın “Amazon” şirkətini dünya “bulud” bazarı uğrunda mübarizəyə çağırıb. “DailyComm” saytı xəbər verir ki, qeyd olunan investisiyalar Sinqapur, Yaponiya, Avropa və Yaxın Şərqdə yeni “Aliyun” məlumat mərkəzlərinin açılmasına yönəldiləcək. Bundan başqa, bu regionlarda telekommunikasiya operatorları və korporativ sifarişçilərlə sıx münasibətlərin qurulması da planlaşdırılır.
“Aliyun”un prezidenti Saymon Hunun sözlərinə görə, məqsədləri yaxın dörd ildə müştərilərin, texnologiyaların sayına və ya dünya biznesinin həcminə görə “Amazon” şirkətinə çatmaqdır. “Amazon”, “Microsoft” və digər şirkətlər ABŞ və Avropada “bulud” texnologiyalarını geniş tətbiq etməklə bizə bu sahədə mübarizəyə qoşulmaq üçün geniş imkanlar açır.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
03.12.2020
İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi
30.11.2020
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info