Ermənistanda daha bir media mənsubu və anası repressiya qurbanı oldu
Tarix: 04.08.2015 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“ArmenianReport”: “Ermənistan hakimiyyəti jurnalistin yazısına görə, hətta onun anasının ölümünə bais olur”

“ArmenianReport”un redaksyası Vaqram Ağacanyanın hüquqlarının müdafiəsi komitəsindən məktub alıb. Qəzetdə Ermənistanda və Dağlıq Qarabağda işğalçı rejimin medianın və jurnalistlərin başına gətirdiyi oyunlardan söhbət açılır. Qəzet qeyd edir: “Məktubda bildirilir ki, Moskvanın əmrinə əsasən, Ermənistan prezidenti Sərkisyan və “DQR prezidenti” Bako Saakyan bağlanmış “Üçüncü güc +” qəzetinin hüquqlarının bərpasına mane olurlar.
Ermənistanda və Dağlıq Qarabağda sözügedən qəzet barəsində çox ciddi qalmaqal yaranıb. Ermənistan hakimiyyəti qəzetin baş redaktoru Vaqram Ağacanyan və onun ailəsinə qarşı hər cür repressiv kampaniyalara başlayıb. Proses Sərkisyan və Saakyan tərəfindən nəzarət edilir”.
Qeyd edilir ki, Qarabağdakı polislər prokuraturanın sanksiyası olmadan səhər saat 8-də Ağacanyanın mənzilinə giriblər, qeyri-qanuni axtarışı aparıblar, onlar qızıl, pul, zinət əşyaları, silah və narkotikin ortaya qoyulmasını tələb ediblər. Hətta jurnalistin anasının evdə ürəyinə görə müalicə kursu keçməsi də situasiyanı yumşaltmayıb. Ağacanyan sakitcə deyib ki, qızıl, zinət və narkotik onda yoxdur, yalnız silah var. Polislər “Çıxar, göstər” deyə bağıranda, Ağacanyan sakitcə onlara qələmini göstərib.

“Ağacanyanın bir sosial problemlə bağlı məqaləsinə görə, ona iki ittiham irəli sürülüb. Bu absurd ittiham faktları indiyə qədər heç bir dövlətdə irəli sürülməyib. Məhkəməyə jurnalisti başında kisə və qolunda qandalla aparıblar”

Əhvalı korlanmış polislər “qəzetin iki nüsxəsini həbs ediblər” və Ağacanyanı polis şöbəsinə “söhbətə çağırıblar”. Polis şöbəsində isə heç bir əsas gətirmədən jurnalisti saxlayıblar, sonra isə Xankəndidə yerləşən müvəqqəti təcridxanaya aparıblar. Məhkəməyə dörd gün qalmış gecə vaxtı jurnalistin kamerasına avtomatla 4 maskalı xüsusi xidmət orqanı işçisi daxil olub. Onlar jurnalistin qollarını buraraq Şuşa həbsxanasına aparıblar. Ağacanyanın bir sosial problemlə bağlı məqaləsinə görə, ona iki ittiham irəli sürülüb. Bu absurd ittiham faktları indiyə qədər heç bir dövlətdə irəli sürülməyib. Məhkəməyə jurnalisti başında kisə və qolunda qandalla aparıblar.
Ağacanyana 1 il həbs kəsiblər. Güclü etirazlardan sonra isə onun həbsi ikiillik icbari işlə əvəz olunub. Qarabağ “hökumətinin” jurnalistin anası Roza Avetisyanın şiddətli ürək xəstəliyi olması ilə bağlı məlumatlandırılmasına, onun oğlunun qeyri-qanuni həbsinə dözə bilməyəcəyi ilə bağlı xəbərdarlıqlara, bu barədə ailəsinin xahişlərinə baxmayaraq, jurnalistə qarşı repressiv davranışlar və həbs aktı və ittiham sonacan yerinə yetirilib.
Nəticədə, oğluna qarşı qeyri-insani hərəkətlərə dözməyən anası ürək çatışmazlığından keçinib.
Göründüyü kimi, Ermənstanda azad sözə, mediaya qarşı bu cür repressiyalar artıq qeyri-insaniliyi və amansızlığı ilə bütün hədləri aşıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info