“Milliyyet.com”: “İŞİD”in neftini Almaniya satır”
Tarix: 10.08.2015 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bəzi Qərb ölkələri özlərini demokratik inkişaf yolunda model hesab etsələr də, təcrübə göstərir ki, özünü klassik demokrat kimi göstərməyə çalışsalar da bu, heç də belə deyil. Öz daxillərində cərəyan edən hadisələrə münasibət bildirmədən digər ölkələri ittiham edirlər ki, bu da ikili standartlara yol açır. Mövcud faktlar həmin ölkələrdə insan haqlarının real vəziyyətinin necə olması barədə aydın təsəvvür yaradır. Həmin ölkələrdən biri olan Almaniyanın gördüyü “işlər” mövcud “demokratiyadan” xəbər verir.
Türkiyənin “Milliyyet.com” qəzetinin yaydığı xəbərdə deyilir ki, Qərb ölkələrinin “İŞİD”lə bağlı ikiüzlü olduğu bir daha ortaya çıxdı: “Koalisiya təyyarələri ilə “İŞİD”-i vuran Almaniya, əl altından təşkilatın İraq və Suriyadakı neftini beynəlxalq bazarlarda satır. Əvəzində isə milyonlarla dollarlıq neft gəlirlərini nağd şəkildə terror təşkilatına ödəyir”. Prosesin necə həyata keçirildiyini izah edən qəzet qeyd edir ki, dünyanın ən varlı terror təşkilatı hesab edilən “İŞİD”-in əsas gəlir mənbəyi Suriyada nəzarət etdiyi neft sahələridir ki, bu təşkilatın nefti dünya bazarlarına necə nəql etdiyi ortaya çıxmağa başlayıb. Kəşfiyyat nümayəndələrinin səlahiyyətli orqanlara verdiyi məlumata görə, “İŞİD”-in Suriya və İraqda fəaliyyət göstərən Qərb ölkələrinin şirkətləri tərəfindən nefti beynəlxalq bazarlara satdığı sübut edilib.

Al nefti, ver silahı
Bildirilir ki, “İŞİD”-in beynəlxalq koalisiyanın bombardmanına baxmayaraq, hələ də necə fəaliyyət göstərməsi ilə bağlı sualların cavabı Qərb ölkələrinə məxsus şirkətlərin etdiyi ticarətə bağlıdır. Belə ki, “İŞİD”-in Suriya torpaqlarında ələ keçirdiyi neft yataqlarından əldə etdiyi nefti daxili istehlak və silah alınmasında istifadə etdiyi bildirilir. “İŞİD”-in neftin barelini 20 dollar səviyyəsində satdığı bəzi bazarlıqlarla bu məbləğin 15 dollara qədər aşağı salındığı göstərilir.
Qeyd edilir ki, Mosul şəhərinə 2014-cü ilin iyun ayında hücum edən “İŞİD” terror təşkilatı buranı ələ geçirməsi ilə önəmli neft sahələri də əldə etmişdi. Mosulla yanaşı, Suriya tərəfindəki neft sahələrini də əldə edən “İŞİD”, bu bölgələrdə çıxarılan neftin satışı sayəsində indiyədək fəaliyyətdədir. “İŞİD” yerli bazarda satışında Əsədin qohumları ilə onlarla iş birliyində olan kürd qaçaqçılardan istifadə edir.

TARTUS üzərindən Avropaya
Ancaq buradakı neftin beynəlxalq bazarlara çıxarılmasında isə yerli seqmentlərin gücü yoxdur. Suriyada və İraqda fəaliyyət göstərən qərbli firmalar məhz bu mərhələdə “fəaliyyətə” qoşulur. “İŞİD”-lə mübarizədə koalisiya gücləri arasında olan almanlar bu terror təşkilatının fəaliyyət göstərdiyi yerlərlə çalışan öz şirkətlərini gözdən uzaq tutur. Barel qiyməti 15-20 dollar səviyyəsində satılan bu neftin beynəlxalq bazarlara verilməsində ən böyük rolu alman firmaları oynayır. Almanlar nefti Avropaya çatdırmaq üçün iki marşrutdan istifadə edir. Bunlardan biri İran və Dubayın üzərindən Avropaya, digəri isə Tartus limanıdır. “İŞİD”-in neftini alan almanlar tankerlərlə nefti Aralıq dənizi sahilindəki Tartus limanına çatdırır. Buradan da gəmilərlə neft Avropa ölkələrinə göndərilir.
Əsəd rejimi “İŞİD”-in nəzarəti ilə beynəlxalq bazarlara göndərilən neftdən yararlanır. Alman şirkətlərinin neft daşınmasına reaksiya verməyən Əsədin tonlarla neftdən öz ehtiyacı üçün də yüksək miqdarda qazanc əldə etdiyi bildirilir. Digər diqqət çəkən məqam isə odur ki, Əsəd rejiminin öz nəzarətindəki bölgələrə elektrik və su ehtiyacı ilə bağlı “İŞİD” ilə anlaşmalara gedildiyi, alman firmalarının bu nefti də Əsədin nəzarət etdiyi bölgələr üzərindən beynəlxalq bazarlara göndərdiyi ifadə edilir. Brend markalı neftin 49-50 dollar səviyyəsinə düşdüyü bu günlərdə “İŞİD”-dən ciddi miqdarda neftin beynəlxalq bazarlara daşınması diqqət çəkilir. Suriyada fəaliyyət göstərən alman firmalarının bu nefti sistemli şəkildə dünya bazarlarına göndərdiyini qeyd edən məsul şəxslər “Bu iş çəllək, barellə, şlanqla edilmir. Ciddi distribüterlərin bu işləri həyata keçirdiyi təsbit edildi”deyə qiymətləndiriblər.

“İŞİD”-ə pullar nağd verilir
Alman firmaları aldıqları neftin əvəzini isə nağd olaraq “İŞİD”-ə ödəyir. Nağd olaraq milyon dollarların dövr etdiyi bazarda daxili istehlak ehtiyaclarından başqa ,qalan miqdarın isə “İŞİD” tərəfindən silah təminatında istifadə edildiyi bildirilir.

Almaniyanın “İŞİD”-ə dəstəyi yalnız neftlə məhdudlaşmır
WDR və NDR televiziyaları, “Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, Almaniyadakı “İŞİD” tərəfdarı olan qadınlar təşkilatın Suriya və İraqdakı qadın üzvləri ilə birgə çalışır. Qadınlar ilk olaraq yola düşmək üçün hazırlaşır və onlara hər cür nəqliyyat dəstəyi verilir. Bu qadınlar Suriyada professional bir qrup tərəfindən qarşılanır və təşkilatın Suriyanın “İŞİD” nəzarətindəki Rakka şəhərindəki qadınlar evinə yerləşdirilirlər. Qadınlar bu evdə qalır və bayıra çıxmalarına icazə verilmir. Onlar “İŞİD”-dəki kişilərlə evləndirilir. Federal Konstutisiyanı Mühafizə Dərnəyinin bildirdiyinə görə, Almaniyadan “İŞİD”-ə qoşulanların sayı hazırda 700 nəfərdən artıqdır ki, bunların ən az 100 nəfəri qadındır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info