Sosial şəbəkə vərdişləri
Tarix: 17.08.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Hələ ötən əsrin 80-90-cı illərində Avropada əhalinin daha çox toplaşdığı yerlərdə ictimai lövhələr qoyulurdu. Əgər kimin ağlına nəsə faydalı ictimai fikir gəlirdisə, bura yazırdı. İnternetin yaranması ilə bu lövhələri sosial şəbəkələr əvəz etdi. Belə desək, insanlar iki-real və virtual həyat yaşamağa başladılar. Bununla yanaşı, ictiami həyat da reallıqdan virtuallığa doğru yol aldı. Əslində, elə sosial şəbəkələrin yaranmasına əsas səbəb də ictimai fikrin virtual aləmə daşınması oldu.
Bu gün artıq sosial şəbəkələr insanların həyatının bir hissəsinə çevrilib. İstəsək də, istəmək də onsuz qala bilmirik. Sosial şəbəkələrin mobil versiyasının yaranması bu bağlılığı daha da artırıb. Xüsusən "Facebook" sosial şəbəkəsi Azərbaycanda əhalini özünə cəlb edib. Artıq "Facebook"dan istifadə, hər hansı bir fəaliyyət olub olmamasına baxmayraq, status və şəkillərə baxmaq və ya gələn mesajları yoxlamaq bir vərdiş halını alıb. Hətta bəziləri "Facebook" orucu” tutsalar da yenə də özləri ilə bacara bilmirlər. Əlbəttə ki, hər hansı sosial şəbəkədə ictimai əhəmiyyət kəsb edən fəaliyyət yoxdursa, bundan istifadə vaxt itirməkdən başqa bir şey deyil. Görünür, buna görədir ki, bir çox şirkətlərdə sosial şəbəkələrə girişə icazə verilmir. Lakin mobil telefonlar vasitəsilə sosial şəbəkələrdən istifadə bu qadağanı əhəmiyyətsiz edib.
Bu gün sosial şəbəkələrin ictimai həyatın idarə olunmasında böyük rolu var. Artıq bir çox hallarda günün ictimai nizamı sosial şəbəkələrlə qurulur. Lakin sosial şəbəkələrdən öz formatında istifadə edilmədikdə, elə sosial narazılıq yaranır. Bu gün “Facebook”un Azərbaycan istifadəçilərinin əksəriyyətinin əsas fəaliyyəti burada şəkil paylaşmaq, eləcə də özünün fərdi istək və problemlərini status halından yazmaqdan ibarətdir. Bir çoxları üçün “Facebook” artıq şəkil qalereyasına çevrilib. Yay aylarında bu hal daha aydın görünür. Bəziləri getdikləri istirahət məkanlarından fotosesiya edib paylaşmaqla sosial kimliklərini ortaya qoyurlar. Belə olduğundan “Facebook”un sosiallıqdan çıxdığı müşahidə olunur. Bu o deməkdir ki, “Facebook”u kim necə başa düşürsə, o cür də istifadə edir. Azərbaycanlıların “şəkil həvəskarlığı” mobil sosial şəbəkə olan “WhatsApp”da da özünü büruzə verir. Burada sadəcə profildə şəkil yerləşdirə bilərsən. Maraqlıdır ki, bizim “WhatsApp” istifadəçiləri bu istəklərinə profillərində gündəlik bir neçə şəkil yerləşdirməklə çatırlar. Bu da yetməyəndə “WhatsApp” yoldaşlarına şəkillərini göndərməklə sanki rahatlıq tapırlar.
Çox təəssüf ki, bu hal "Twitter" mikrobloqunda da yaşanır. Artıq bu o deməkdir ki, “bu bizik”... “Facebook”la müqayisədə "Twitter"də azərbaycanlı istifadəçilərin sayı çox azdır. Lakin son zamanlar "Twitter"də azərbaycanlı istifadəçilərin sayı artmaqdadır. Amma soydaşlarımız burada da “Facebook” vərdişlərini təkrarlayırlar. Hansı ki, "Twitter"də daha çox siyasi elita toplanıb. Dünyanın əksər liderlərinin "Twitter"də profili var. Bu gün dünyanın ictimai-siyasi gündəmi bir çox hallarda "Twitter"lə idarə olunur. "Twitter"də daha çox düşündürücü və qlobal əhəmiyyətli şəkillər paylaşılır. Belə bir virtul siyasi platformada fərdi şəkillərin paylaşılması biçimsiz və yersiz görünür.
İstənilən sosial şəbəkədən düzgün istifadə ictimai olaraq özünüifadədir. Hər kəs sosial şəbəkələrdə özünün sosial varlığını ortaya qoymağa çalışmalı, cəmiyyət üçün faydalı ictimai fikirlərini paylaşmağa çalışmalıdır.




 
Müəllifin son yazıları

30.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
23.01.2018 Virtual həmrəylik strategiyası
28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli
04.11.2016 Dünya azərbaycanlılarının döyünən ürəyi
21.09.2015 Radikalların dözümsüzlüyü

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9854

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info