Tevos Arşakyan: “Erməni jurnalistlər Yunuslarla azərbaycanlılardan daha çox maraqlanırlar”
Tarix: 18.08.2015 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


“Hazırda Ermənistanda onlarla siyasi məhbuslar var, amma onlar barədə susuruq”

Erməni mediası Leyla və Arif Yunusların həbsindən dərin narahatlıq keçirir. Bu barədə “ArmenianReport”da Tevos Arşakyan yazıb. Müəllif belə qeyd edir: “Məni çoxsaylı erməni həmkarlarımın Azərbaycanda Yunusların həbsi məsələsi ilə bağlı qayğılanması sadəcə təəccübləndirir. Erməni mediası az qala, Azərbaycan Prezidentinə bu barədə petisiya ilə müraciət etmək dərəcəsinə gəlib. Onlar Leyla və Arif Yunusların həbsdən azad olunmasını istəyirlər. Əminliklə demək olar ki, bizim jurnalistlər Yunuslarla azərbaycanlılardan daha çox maraqlanırlar. Məsələn, Ermənistanda Sərkisyan rejimi insanları ölkədən qaçmağa vadar edir. Nəyə görə bizim media bu məsələdə susur və səsini çıxarmır? Nəyə görə Yunusların azad olunması ilə bağlı kampaniya aparmaq əvəzinə, mənim həmkarlarım Volod Avetisyan, Şant Arutunyan, Armen Ovanisyan, Tiqran Arakelyan kimi siyasi məhbusların azad olunması üçün çalışmırlar? Məgər onlar özlərinin vətəndaş haqları ilə bağlı mübarizələrinə görə bizim diqqətimizə layiq deyillər? Məgər Ermənistanda siyasi məhbus problemini başa çatmış saymaq olar? Əlbəttə ki yox. Bizdə siyasi məhbuslar var. Hazırda Ermənistanda onlarla siyasi məhbuslar var”.
Göründüyü kimi, Leyla və Arif Yunusların indiyə qədər haqqında dəfələrlə yazılan və çoxlu faktlarla sübuta yetirilən antiazərbaycan və ermənipərəst fəaliyyəti onların Ermənistanda hədsiz rəğbətlə qarşılanmasına səbəb olub. Yoxsa Azərbaycana düşmən olan Ermənistanın və onun mediasının onları müdafiə etməsində başqa heç bir səbəb ola bilməzdi.
O da çox qəribədir ki, Ermənistanda tutulan siyasi məhbusları beynəlxalq təşkilatlar qətiyyən yada salmırlar, ya da bu barədə çoxlu faktları görmək istəmirlər. Halbuki burada da qeyd edildiyi kimi, hazırda Ermənistanda onlarla siyasi məhbus var. Amma “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” kimi qurumlar nədənsə bu barədə ssurlar və həmin ölkədə insan haqları ilə bağlı ağır problemləri hesabatlarına salmırlar. Əksinə, Azərbaycanda konkret cinayət əməlinə görə tutulanlara “siyasi don” geyindirən həmin təşkilatlar Leyla və Arif Yunuslar məsələsində də ittihamedici mövqedən çıxış etməyə çalışırlar. Bu isə bir daha həmin beynəlxalq təşkilatların ikili standartlarını və qərəzkarlığını ortaya qoymuş olur.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info