“Xədicə İsmayılovanın vəsatətləri məhkəmə prosesini süründürməçiliklə uzatmaq məqsədi güdür”
Tarix: 18.08.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. “Trend” xəbər verir ki, proses zamanı X.İsmayılova prosesdə bir neçə vəsatətlə çıxış edib. O, ilk olaraq məhkəmənin tərkibinə etiraz etdiyini deyib.
X.İsmayılova məhkəmənin tərkibinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. Lakin məhkəmə kollegiyası hakimlərin prosesdə iştirakını istisna edən halların müəyyən olunmadığını və vəsatətin əsassız olduğunu bildirərək onu baxılmamış saxlayıb. Sonra X.İsmayılova “Azadlıq radiosu”nun Bakı bürosuna rəhbərlik etdiyi müddətdə onun imzası olduğu müqavilələrin və ya ödəniş tapşırıqları ilə bağlı sənədlər varsa, onların cinayət işinin materiallarına əlavə olunmasını istəyib. Dövlət ittihamçısı Ramazan Hadıyev cinayət materialları içərisində bununla bağlı kifayət qədər sənədlərin olduğunu bildirərək vəsatətin təmin olunmamasını istəyib. Vəsatət təmin olunmayıb. Daha sonra X.İsmayılova jurnalist Ramal Hüseynov və Elçin Zahiroğlunun şahid qismində məhkəmə prosesində dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim işlə bağlı kifayət qədər şahidlərin dindirildiyini bildirərək əlavə şahidlərin dindirilməsinə zərurət olmadığını qeyd edib. X.İsmayılova zərərçəkən Tural Mustafayevi müayinə edən psixiatr Araz Mansurovun şahid qismində məhkəmə prosesində dindirilməsini istəyib. Dövlət ittihamçısı R.Hadıyev isə bildirib ki, T.Mustafayevin psixi vəziyyəti ilə bağlı ibtidai istintaq zamanı psixiatrik ekspertiza təyin edilib və onun psixi vəziyyəti ilə bağlı cinayət işi materiallarında rəy var, ona görə də əlavə şahidlərin dindirilməsinə ehtiyac yoxdur. Bu səbəbdən də dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Vəsatət təmin edilməyib. Sonra məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilləri 2010-cü ildə “Azadlıq radiosu”nun Bakı bürosunda aparılan vergi yoxlamaları barədə sənədlərin Vergilər Nazirliyindən alınaraq cinayət işi materiallarına əlavə edilməsi ilə bağlı vəsatət qaldırıb. Dövlət ittihamçısı R.Hadıyev vergi yoxlaması ilə bağlı 2008-ci ildən 2014-cü ilə qədər dövrü əhatə edən sənədlərin olduğunu bildirərək vəsatətin təmin edilməməsini istəyib. Bu vəsatət də təmin olunmayıb. Sonra X.İsmayılova zərərçəkən şəxsin məhkəmə prosesinə gəlməsini, bundan başqa, vəkilləri ilə görüşməsi üçün ona vaxt verilməsini istəyib. Dövlət ittihamçısı R.Hadıyev isə X. İsmayılovanın bütün vəsatətlərinin əsassız olduğunu və məhkəmə prosesini süründürməçiliklə uzatmaq məqsədi güddüyünü bildirib. Hakim X.İsmayılovaya vəkilləri ilə görüşmək üçün vaxt verib və məhkəmə prosesində fasilə elan edilib.
Fasilədən sonra məhkəmə prosesi davam etdirilib. Proses zamanı X.İsmayılova dövlət ittihamçısı R.Hadıyevin Cinayət Məcəlləsi ilə ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 179 və 213-cü maddələri üzrə suallarını cavablandırıb. X.İsmayılova 125-ci maddə üzrə verilən suallarla bağlı ifadə verməkdən imtina edib. O, bu maddə üzrə suallara yalnız zərərçəkmiş Tural Mustafayev prosesə gəldikdən sonra cavab verəcəyini bildirib və onun məhkəməyə gətirilməsi ilə bağlı vəsatət qaldırıb. Dövlət ittihamçısı R.Hadıyev bildirib ki, T.Mustafayev məhkəmə prosesi zamanı kifayət qədər dindirilib və onun məhkəməyə növbəti dəfə gətirilib dindirilməsinə ehtiyac yoxdur. Dövlət ittihamçısı deyib ki, X.İsmayılovanın bu vəsatəti məhkəmə prosesində süründürməçiliyə xidmət edir. Bu baxımdan o, vəsatətin təmin olunmamasını istəyib. Hakim vəsatəti təmin etməyib. Sonra məhkəmə prosesində cinayət işi üzrə bir sıra sənədlər elan edilib. Proses avqustun 19-da saat 15:00-da davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.05.2018
Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxacaq
20.05.2018
Ukrayna əhalisinin 70 faizi ölkənin Avropa İttifaqına üzv olmaq ideyasını dəstəkləyir
19.05.2018
“Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”
18.05.2018
“Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb”
17.05.2018
“Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb“

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info