Məşhur rus aktyoru vəfat etdi
Tarix: 20.08.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Məşhur aktyor, SSRİ-nin xalq artisti olmuş Lev Durov vəfat edib.
“RİA Novosti”nin verdiyi məlumata görə, L. Durov uzun sürən xəstəlikdən sonra avqustun 20-nə keçən gecə dünyasını dəyişib. Onun qızı Yekaterina Durova atasının Moskva vaxtı ilə saat 00.50-də müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində keçindiyini açıqlayıb.
Avqustun 7-də L. Durov ürəyindəki problemlə əlaqədar xəstəxanaya aparılıb. O, huşunu itirib və ürəyi faktiki olaraq dayanıb. Ona ağır pnevmoniya diaqnozu qoyulub.
L. Durov 1931-ci il dekabrın 23-də Moskvada doğulub. 1967-ci ildən etibarən Malaya Bronnaya küçəsində yerləşən Moskva Dram Teatrında çalışmağa başlayıb. 200-dən çox filmə çəkilib. İlk filmi 1955-ci ildə Leonid Malyuqinin “Dobroye utro” filmi olub. L. Durov “Semnadtsat mqnoveniy vesnı”, “Stariki-razboyniki”, “Ya şaqayu po Moskve”, “Bolşaya peremena” kimi populyar filmlərdə rol alıb. Aktyor “Azərbaycanfilm” Kinostudiyasında çəkilən və Polad Bülbüloğlunu baş rol oynadığı “Qorxma, mən səninləyəm” filmində San Sanıç rolunu canlandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info